Şöbənin əsas vəzifələri: Universitetin beynəlxalq strategiyasını hazırlanması və həyata keçirilməsi; xarici universitetlər və təşkilatlarla əməkdaşlıq müqavilələrinin hazırlanması, imzalanması və icrasına nəzarət; tələbə və müəllim mübadilə proqramlarının təşkili və koordinasiyası; xarici səfərlər, beynəlxalq forumlar, konfranslar və ikitərəfli görüşlərin təşkilinə dəstək göstərilməsi;
xarici qonaqların qəbulu və protokol işlərinin aparılması; universitetin beynəlxalq layihələrdə iştirakının təmin edilməsi, qrant proqramları üzrə koordinasiya; universitetin beynəlxalq reytinqlərdə iştirakının təşkili və məlumatların hazırlanması; xarici ölkələrdə UNEC-in tanıdılması, beynəlxalq PR və mətbuat əlaqələrinin qurulması; xarici tələbələrin qəbulu və onların məlumatlandırılması prosesinə dəstək.