Azərbaycanda idmana dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğı İqtisad Universitetinin idman həyatına da əhəmiyyətli təsir göstərmişdir. Belə ki, UNEC-də tələbələrin və əməkdaşların fiziki sağlamlığı, asudə vaxtlarının səmərəli təşkili istiqamətində məqsədyönlü kompleks tədbirlər həyata keçirimiş və müvafiq maddi-texniki baza və infrastruktur yaradılmışdır. Universitetin II tədris binasında yerli və beynəlxalq yarışların keçirilməsi üçün tələb olunan ən müasir standartlara uyğun olan voleybol və basketbol zalı, IV tədris binasında ən müasir avadanlıqlarla təchiz olunmuş əl oyunları idman zalı, trenajor zalları, lazımı avadanlıq və texniki vasitələrlə təmin edilmiş Şahmat Klubu kollektivin istifadəsinə verilmişdir. Bunlarla yanaşı, Quba rayonunda ən müasir avadanlıqlarla, üzgüçülük hovuzu və idman zalları ilə təmin edilmiş 1500 tamaşaçı yeri olan İdman-sağlamlıq kompleksi inşa edilmişdir.