UNEC-də idmana böyük önəm verilir.
Bu sahədə tələbələrin fiziki hazırlığı və universitetin idman uğurları diqqət mərkəzindədir.
Tələbələrin asudə vaxtı – həm fiziki, həm də psixoloji sağlamlığın qorunması, şəxsi inkişafın təmin edilməsi və təhsil prosesində yüksək nəticələrin əldə olunması üçün mühüm amildir. Düzgün planlaşdırılmayan boş vaxt isə gənclərin motivasiyasının azalmasına, stressin artmasına və sosial aktivliyin zəifləməsinə səbəb ola bilər.
Bu baxımdan tələbələrin asudə vaxtını səmərəli keçirməsinin ən təsirli yollarından biri idmanla məşğul olmaqdır. Bu baxımdan, Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC İdman Klubu idmanın müxtəlif növlərindən tələbələrdən ibarət yığma komandaları fəaliyyət göstərir.
Universitetdə idmana olan diqqət və qayğının nəticəsi özünü ali təhsil ocağının idman sahəsində ilbəil artmaqda olan uğurlarında büruzə verir. Belə ki, UNEC-də tələbələrin və əməkdaşların fiziki sağlamlığı, asudə vaxtlarının səmərəli təşkili istiqamətində məqsədyönlü kompleks tədbirlər həyata keçirimiş və müvafiq maddi-texniki baza və infrastruktur yaradılmışdır. Universitetin II tədris binasında yerli və beynəlxalq yarışların keçirilməsi üçün tələb olunan ən müasir standartlara uyğun olan voleybol və basketbol zalı, IV tədris binasında ən müasir avadanlıqlarla təchiz olunmuş əl oyunları idman zalı,
trenajor zalları, lazımi avadanlıq və texniki vasitələrlə təmin edilmiş şahmat klubu, yeni inşa olunmuş 3 saylı tədris binasında müasir standartlara uyğun voleybol, basketbol, stolüstü tennis üçün nəzərdə tutulmuş idman zalı kollektivin istifadəsinə verilmişdir. Quba rayonunda Quba tədris, idman və istirahət mərkəzində müasir avadanlıqlarla təchiz edilmiş trenajor zalı, üzgüçülük hovuzu, beynəlxalq standartlara uyğun voleybol meydançası ilə təmin edilmiş 1500 tamaşaçı yeri olan İdman-sağlamlıq kompleksi, açıq futbol meydançası vardır.
“İqtisadçı” idman klubunun müdiri
Basketbol komandasının məşqçi-müəllimi
Akrobatika gimnastikası üzrə məşqçi-müəllim
Stolüstü tennis növü üzrə məşqçi-müəllim
Voleybol bölməsi üzrə məşqçi-müəllim
Futbol bölməsi üzrə məşqçi-müəllim
Voleybol bölməsi üzrə məşqçi-müəllim
Futbol idman növü üzrə məşqçi-müəllim
Voleybol bölməsi üzrə məşqçi-müəllim
UNEC İdman Klubunda məşqçi-müəllim
"Yunan Roma" güləşi üzrə məşqçi-müəllim
Voleybol bölməsi üzrə məşqçi-müəllim
UNEC İdman Klubunda məşqçi-müəllim
İdman Klubunda məşqçi-müəllim
Həndbol və Basketbol idman növləri üzrə məşqçi-müəllim
Badminton idman növü üzrə məşqçi-müəllim
CÜDO idman növü üzrə məşqçi-müəllim
UNEC İdman Klubunda məşqçi-müəllim
İdman Klubunda məşqçi-müəllim