
Leyla İsrafilova
tərcüməçi (rus dili üzrə)
İsrafilova Leyla Əhməd qızı 17 fevral 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Bakı şəhər 160 nömrəli orta məktəbinə daxil olmuş və oranı 1983-cü ildə bitirmişdir. 1984-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili ve Ədəbiyyat İnstitutuna daxil olmuş və 1989-cu ildə həmin institutu “Rus dili və ədəbiyyatı müəllimliyi’’ ixtisasi üzrə müvəfəqiyyətlə bitirmişdir.
1989-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində “Rus dili” kafedrasında laborant, sonra 1990-cı ildə baş laborant vəzifəsində işləmişdir.
2000-ci ildən həmin kafedrada rus dili müəllimi vəzifəsində işləmișdir.
2017-ci ildən Tərcümə Mərkəzində tərcüməçi (rus dili üzrə) vəzifəsində çalışır.