Leyla   İsrafilova

Leyla İsrafilova

tərcüməçi (rus dili üzrə)

Ссылка Avesis
+(994) 12 440-80-76

İsrafilova Leyla Əhməd qızı 17 fevral 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Bakı şəhər 160 nömrəli orta məktəbinə daxil olmuş və oranı 1983-cü ildə bitirmişdir. 1984-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili ve Ədəbiyyat İnstitutuna daxil olmuş və 1989-cu ildə həmin institutu “Rus dili və ədəbiyyatı müəllimliyi’’  ixtisasi üzrə müvəfəqiyyətlə bitirmişdir.

1989-ci ildən Azərbaycan  Dövlət İqtisad Universitetində “Rus dili” kafedrasında laborant, sonra 1990-cı ildə baş laborant vəzifəsində işləmişdir.

2000-ci ildən həmin kafedrada rus dili müəllimi vəzifəsində işləmișdir.

2017-ci ildən  Tərcümə Mərkəzində tərcüməçi (rus dili üzrə) vəzifəsində çalışır.

Bir neçə elmi əsərlərin: məqalələrin, tezislerin, metodiki vəsaitlərin müəllifidir.
Ailəlidir, bir övladı var.