“EcoMind: Təhsili və Ətraf Mühiti Birlikdə Düşünmək” konfransı keçiriləcək

Avropa Azərbaycan Məktəbi və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə 11 oktyabr 2025-ci il tarixində “EcoMind: Rethinking Education and Environment Together” (“EcoMind: Təhsili və Ətraf Mühiti Birlikdə Düşünmək”) adlı beynəlxalq konfrans keçiriləcək.

Konfransın məqsədi davamlı inkişaf və ekoloji düşüncənin cəmiyyətin bütün sahələrinə, xüsusilə də təhsilə inteqrasiyasını təşviq etməkdir. Tədbir müxtəlif yaş və peşə qruplarından olan insanları – müəllimləri, məktəbliləri, universitet tələbələrini, valideynləri, ictimai fəalları və könüllüləri bir araya gətirərək təcrübə və bilik mübadiləsi üçün platforma yaradır.

Konfrans iştirakçıları arasında maarifləndirici təqdimatlar, müzakirələr və yeni yanaşmalarla davamlılıq düşüncəsinin formalaşmasına töhfə verilməsi nəzərdə tutulur.

 Təqdimatçı kimi iştirak etmək istəyənlər üçün müraciət açıqdır!

 Kimlər iştirak edə bilər?

  • Müəllimlər və təhsil işçiləri
  • Ekologiya və davamlı inkişaf sahəsində çalışanlar
  • Ekoloji fəallar və könüllülər
  • Təhsildə ekoloji yanaşmaları tətbiq edən şəxslər
  • Tələbələr, tədqiqatçılar və maarifləndirmə ilə məşğul olanlar

Tarix: 11 oktyabr 2025
Məkan: Avropa Azərbaycan Məktəbi, Bakı
Təqdimatçı kimi müraciət üçün forma:

Ətraflı məlumat və konfrans yenilikləri

Other Events

10

October 2025

The 1st International Scientific and Practical Conference on Current Issues in Engineering and Applied Sciences (ICCPEAS 2025) to...

10

October 2025

6th International Conference on Problems of Cybernetics and Informatics to be Held easychair.org +3 pci.cyber.az +3 pci.cyber.az +...

10

October 2025

28th Republican Scientific Conference of Doctoral Students and Young Researchers to Be Held

18

June 2025

Naxçıvan Dövlət Universitetində I Beynəlxalq Elmi Konfrans keçiriləcək

14

May 2025

UNEC-də “Enerji səmərəliliyi sahəsində yeni innovativ texnologiyalar və onların tətbiqi effektivliyi” mövzusunda konfrans keçirilə...

10

October 2025

Yassavi adına Qazax-Türk Universitetində beynəlxalq konfrans keçiriləcək

10

October 2025

Qarabağ Universitetinin təşkilatçılığı ilə VI Beynəlxalq Səyahət və Turizm Dinamikası Konfransı keçiriləcək

10

October 2025

“Ortaq Gələcək: Sosial-İqtisadi İnnovasiyalar” mövzusnda Beynəlxalq Türk Dünyası İqtisad Konfransı keçiriləcək

10

October 2025

BANM-da Tələbə və Gənc Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransları keçiriləcək

10

October 2025

2025-ci il üzrə COMSTECH mükafat proqramı elan olunub

10

October 2025

2025-ci il “UNEC İnklüziv Təhsil İli” elan olunub

23

December 2023

UNEC tələbələrin nəzərinə: BMU-da Karyera Sərgisi keçiriləcək