Analitik-İnformasiya Resursları UNEC Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 19 mart 2015-ci il tarixli iclasının 136.4 №-li Qərarı və UNEC rektorunun 598/3/2015 №-li əmrinə əsasən yaranmışdır.
UNEC Rektorunun 460/3/2019 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik Əhmədova Esmira Mirməmməd qızına həvalə edilmişdir.
MƏQSƏDİMİZ:
Yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında iştirak etmək, fundamental, tətbiqi və axtarış elmi-tədqiqat işləri aparmaq, professor-müəllim heyətini, doktorantları və ali təhsil müəssisəsi tələbələrini elmi-tədqiqat işlərinə geniş cəlb etmək
*
VƏZİFƏLƏRİMİZ:
- statistik məlumat bazası üçün göstəricilər sisteminin tərtib olunması;
- müvafiq informasiya mənbələrindən statistik məlumatların toplanması;
- məlumatların müvafiq bloklar üzrə sistemləşdirilməsi;
- mövcud məlumatlar əsasında analitik-statistik təhlillərin həyata keçirilməsi;
- tədris proqramları və tədqiqatların məzmununa müvafiq olaraq ünvanlı elektron resursların formalaşdırılması;
- kənar istifadəçilər üçün ödənişli əsaslarla informasiya resurslarının, göstəricilər sisteminin, məlumat bazalarının, təhlillərin və müvafiq informasiya sistemlərinin hazırlanması;
- hüquqi və fiziki şəxslərə ödənişli əsaslarla statistik xidmətlərin göstərilməsi, təsərrüfat subyektlərinin fəaliyyətinin təhlili, proqnozlaşdırılması, müxtəlif istiqamətlərdə statistik-sosioloji sorğuların təşkili, bazar araşdırmalarının və marketinq təhlillərinin aparılması;
- müxtəlif məlumat bazalarının hazırlanmasında və analitik təhlillərin aparılmasında ödənişli əsaslarla iştirak etmək;
- çıxış cədvəlləri, yayım formatları və s. ilə bağlı proqram vasitələri üçün təkliflərin hazırlanması;
- informasiya bazasının strukturu, analitik təhlillər və s. üçün proqram təminatları üzrə məqsədlərin müəyyələşdirilməsi.
PROQRAM VƏ LAYİHƏLƏRİMİZ:
- «Azərbaycanın ali təhsil müəssisələrinin və təhsil proqramlarının reytinqlərinin tərtib edilməsi metodologiyası» texniki tapşırıqı hazırlanması
*
HƏDƏFİMİZ: (Görəcəyimiz işlər)
- İşçi qrupların yaradılması;
- Könüllü tələbə qruplarının formalaşdırılması;
- Bənzər daxili və xarici qurumlar ilə təcrübə əməkdaşlığı və mübadiləsi;
- Regional və dünya aparıcı trendlərinin təhlilinin hazırlanması;
- İnformasiya texnologiyalarının dəstəyi və s.
- əmək bazarı ilə Ali Təhsil müəssiləri arasında monitorinqin aparılması, elmi-tədqiqatı, ixtisas tələblərinin uyğunlaşdırılması.
- Ali təhsil sisteminin araşdırılması
- İnformasiya və Analitik – informasiya məhsullarının hazırlanması
- Yuxarıda göstərilənlərə əsasən unikal məlumat bazası yaradılması
*
UNEC üçün faydalar
- Praktik əhəmiyyəti – nəzəriyyə və təcrübə arasındakı əlaqə
- Universitetin ARM mərkəzi vasitəsilə müəssisə və müəssisələrlə ünsiyyəti
- Universitetin təhsil müəssisəsindən təhsil-tədqiqat müəssisəsinə çevrilməsi
- Gəlirlərin əldə edilməsi
- Universitetin reytinqinin yüksəldilməsi
- Universitetin yalnız təhsil xidmətləri istehsal etməsi kimi deyil, həm də informasiya və analitik məhsulların istehsalçısı kimi təqdim edilməsi.