HAQQIMIZDA:
Avropa İqtisadiyyatı Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 28 aprel 2017-ci il tarixli iclasının EŞ-151№-li Qərarı və UNEC rektorunun 319/3/2017 №-li əmrinə əsasən yaranmışdır.
UNEC rektorunun 271/3/2019 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik Almaniyanın Bohum Ruhr Universitetinin Beynəlxalq inkişaf emləri üzrə fəlsəfə doktoru, Almaniya vətəndaşı Elkhan Richard Sadik-Zadaya həvalə edilmişdir.
MƏQSƏDİMİZ:
İqtisadi və sosial elmlər üzrə elmi tədqiqatlar aparmaq, tədqiqat nəticəsində ortaya çıxan problem, təklif və tövsiyələri elmi mühit, cəmiyyət, dövlət və özəl sektor qurumları ilə bu və digər formada bölüşmək; tədqiqatların aparılmasını təşviq etmək və bu sahədə qarşıya çıxan problemlərin həlli istiqamətində təkliflər vermək; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
VƏZİFƏLƏRİMİZ:
- Elmi tədqiqat işləri və layihələri həyata keçirmək;
- Beynəlxalq və milli konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, təlimlər təşkil etmək;
- Müxtəlif dillərdə nəşrlər hazırlayıb çap etdirmək;
- Hesabatlar, kitabçalar, tədqiqat sənədləri, məqalələr, bülletenlər, kitablar və s. hazırlamaq;
- Ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq etmək;
- Fəaliyyət istiqamətləri üzrə daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
- Səlahiyyətləri çərçivəsində universitetin inkişaf konsepsiyasının həyata keçirilməsini təmin etmək;
- Mərkəzin iş planını və fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq;
- Mərkəz tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların qorunmasını təmin etmək;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilkdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetırmək;
ÜZVLƏR:
- Andrea Gatto — İngiltərənin Greenwich Universitetinin Təbii ehtiyatlar institutunun və Northeastern Universitetinin Yeni Humanitar Kollecinin tədqiqatçısı, İtaliyanın Naples Parthenope Universitetinin İqtisadi İnkişaf və Sosial Dəyişikliklər Mərkəzinin prezidenti, ph.D.
- Mattia Ferrari — İqtisadi İnkişaf və Sosial Dəyişikliklər Mərkəzinin tədqiqatçısı (Neapol, İtaliya)
- Foday Sheku Dumbuya — Almaniyanın Bohum Ruhr Universitetinin tədqiqatçısı; Syerra-Leone Respublikasının vətəndaşı
- Namazova Natəvan Veysəl qızı – Azərbaycan Texniki Universiteti, “Beynəlxalq ticarət, logistika və marketinq” kafedrasının baş müəllimi, PhD
- Niftiyev İbrahim Müslüm oğlu – Macarıstan Seged Universitetinin doktorantı
- PhD Halima Begum – Utara Malayziya Universiteti (UUM), İqtisadiyyat, Maliyyə və Bankçılıq Məktəbinin (SEFB) baş müəllimi
- Sadiq-Zadə Ləman Yusif – İtaliyanın İqtisadi İnkişaf və Sosial Dəyişiklik Mərkəzinin (CED) tədqiqatçısı
- -PhD Ferdous Alam – Utara Malayzia Universitetinin elmi işçisi, Banqladeş Respublikasının vətəndaşı (Utara, Malaziya)
- Ph.D. Muhammad İrfan – Böyük Britaniyanın Middlesex Universitetinin Biznes Məktəbinin qonaq professoru, Pakistan vətəndaşı (London/Böyük Britaniya)