UNEC tələbəsinin komandası “Fibonacci Beynəlxalq Robot Olimpiadası”nın Avrasiya turunun qalibi olub

  • 22 апреля 2025
  • 26

UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbəsi Aşurbəy Məmmədzadənin rəhbərlik etdiyi “VerseTech” komandası Fibonacci Beynəlxalq Robot Olimpiadasının Avrasiya mərhələsinin qalibi olub.

Komandanın “SpecDeaf” layihəsi Türkiyənin Antalya şəhərində keçirilən yarışda HealthTech Entrepreneurship Challenge kateqoriyası üzrə 1-ci yerin qalibi olaraq, İtaliyada keçiriləcək dünya finalına vəsiqə qazanıb.

Antalyada keçirilən Avrasiya mərhələsində 21 ölkədən ümumilikdə 584 komanda iştirak edib. VerseTech komandası öz kateqoriyası üzrə 35 komanda arasından birinci yerə layiq görülüb. Komandanın innovativ texnologiya, sosial təsir və sahibkarlıq yanaşması beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Komandanın təqdim etdiyi SpecDeaf layihəsi eşitmə məhdudiyyəti olan insanların gündəlik həyatda qarşılaşdıqları çətinliklərin həllinə yönəlmiş innovativ texnoloji cihazdır. Bu ağıllı cihaz istənilən eynəyin üzərinə yerləşdirilə bilir və danışılanları real vaxtda mətn formatında istifadəçinin gözləri önünə çıxarır. Cihaz çoxdilli tərcümə funksiyası və süni intellekt assistenti ilə də təchiz olunub. SpecDeaf həm gündüz, həm də gecə istifadəsi üçün uyğundur və yüngül, portativ dizayna malikdir.

Komandamızı təbrik edir, dünya finalında da böyük nailiyyətlər arzulayırıq!

Другие новости

15 апреля 2025
Между UNEC и ААТСО подписан меморандум о совместном сотрудничестве
14 апреля 2025
Yassavi adına Qazax-Türk Universitetində beynəlxalq konfrans keçiriləcək
14 апреля 2025
Состоялось открытие общежития и спортивного зала Загатальского филиала UNEC
11 апреля 2025
UNEC-də Scopus bazasında məqalə sayına görə fərqlənən kafedralar “Təşəkkürnamə”lərlə təltif olunub
10 апреля 2025
UNEC-də müəllim və tələbə heyəti təltif olunub