
Jalə Vəzirova
tərcüməçi (rus dili üzrə)
Vəzirova Jalə Bəşir qızı 1964-cü il iyun ayının 12-də Naxçıvan Muxtar Respublikasının Şəkərabad kəndində anadan olmuşdur. 1971-1981-ci illərdə Şəkərabad kənd məktəbində təhsil almışdır.
1981-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olmuş, 1986-cı ildə institutu bitirmişdir.
1990-1994-cü illərdə Yasamal rayonundakı 199-№ li orta məktəbdə rus dili müəllimi, sinifdən və məktəbdənxaric işlər üzrə təşkilatçı vəzifəsində fəaliyyət göstərmişdir.
1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Hərbi və Xüsusi İşlər Şöbəsində baş inspektor vəzifəsində işləmişdir.
1996-2000-ci illərdə “Rus dili” kafedrasında laborant, baş laborant vəzifələrində, 2000-2002-ci illərdə “Rus dili” kafedrasında müəllimə vəzifəsində, 2002-2020-ci illərdə isə “Rus dili” kafedrasının baş müəllimi işləmişdir.
15.09.2020-ci ildən UNEC-in Tərcümə Mərkəzinin əməkdaşıdır. Tərcümə mərkəzində tərcüməçi (rus dili üzrə) vəzifəsində çalışır.