Jalə Vəzirova

Jalə Vəzirova

tərcüməçi (rus dili üzrə)

رابط Avesis
 +(994) 12 440-80-76

Vəzirova Jalə Bəşir  qızı 1964-cü  il  iyun  ayının 12-də  Naxçıvan Muxtar  Respublikasının  Şəkərabad kəndində  anadan  olmuşdur. 1971-1981-ci  illərdə  Şəkərabad  kənd  məktəbində təhsil almışdır.

1981-ci ildə M.F.Axundov  adına  Azərbaycan  Pedaqoji  Rus  dili və  Ədəbiyyatı  İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil  olmuş, 1986-cı  ildə  institutu  bitirmişdir.

1990-1994-cü  illərdə  Yasamal  rayonundakı  199-№ li  orta  məktəbdə  rus  dili  müəllimi, sinifdən  və  məktəbdənxaric  işlər  üzrə  təşkilatçı  vəzifəsində  fəaliyyət  göstərmişdir.

1994-cü  ildə  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  Hərbi   və  Xüsusi  İşlər  Şöbəsində baş  inspektor  vəzifəsində işləmişdir.

1996-2000-ci  illərdə  “Rus  dili”  kafedrasında  laborant, baş  laborant  vəzifələrində, 2000-2002-ci  illərdə  “Rus  dili”  kafedrasında  müəllimə  vəzifəsində, 2002-2020-ci  illərdə isə  “Rus  dili”  kafedrasının  baş  müəllimi işləmişdir.

15.09.2020-ci ildən UNEC-in Tərcümə Mərkəzinin əməkdaşıdır. Tərcümə mərkəzində tərcüməçi (rus dili üzrə) vəzifəsində çalışır.

Universitetin həyatında fəal iştirakına görə Təşəkkürnamə ilə təltif edilmişdir.
Ailəlidir, iki övladı var.