Bir Pəncərə sistemi 2019-cu ilin aprel ayından tələbələrin istifadəsinə verilib. Sistem tələbələrə əlavə vaxt itkisi olmadan, vahid mərkəzə müraciət etməklə zəruri təhsil sənədlərini qısa müddətdə əldə etməyə imkan yaradır. Bir Pəncərə sisteminə daxil olan müraciətləri şöbənin əməkdaşları operativ, rahat və şəffaf şəkildə icra
olunmasını təmin edir. 24 saatı, həftənin 7 günü şəxsi kabinetlərindən təhsil sənədlərinə onlayn müraciət edə bilirlər. Burada müxtəlif növ arayışlar, transkriptlər və digər təhsil sənədləri azərbaycan və ingilis dillərində hazırlanaraq, imza və möhürlə təsdiqlənmiş QR kodlu pdf formatında tələbələrin Bir Pəncərə profillərində mövcud e-mail ünvanlarına avtomatik şəkildə göndərilir.
Arayış növləri:
- Təhsil alması barədə arayış;
- Təhsil haqqı (illik ödəniş və kredit haqqı) barədə arayış;
- Təcrübənin keçirilməsi haqqında arayış;
-  Akademik transkriptin alınması;   
*
- Attestatın və ya ona bərabər təhsil sənədinin surətinin alınması;
- Qiyabi təhsilalanlar üçün Arayış-çağırış;
- Məzun arayışının verilməsi;
- Arxiv arayışı.
                            *
Əlaqə: +994 (012) 492-59-03 (1010)
Bakı, İstiqlaliyyət küçəsi, 6 (UNEC-in əsas korpusu, I mərtəbə)
(otaq 106, 107)