Missiyamız
Ölkəsi və insanlıq naminə universal dəyərlərə əsaslanaraq, yüksək keyfiyyətli tədqiqatlar aparmaq, təhsil vermək və sosial xidmətlər göstərmək
Ölkəsi və insanlıq naminə universal dəyərlərə əsaslanaraq, yüksək keyfiyyətli tədqiqatlar aparmaq, təhsil vermək və sosial xidmətlər göstərmək
100 yaşında dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilmək
↓
Akademik etika: UNEC bütün fəaliyyətində akademik etikanı qoruyur və müəlliflik hüquqlarına hörmətlə yanaşır.
Akademik azadlıq: UNEC üzvləri tədqiqat, tədris və sosial xidmət fəaliyyətində elmi prinsiplərə sadiqdirlər.
Layiqlilik: UNEC akademik və inzibati vəzifələrin tutulmasında hər kəs üçün bərabər imkanlar yaradır və daha layiq olana üstünlük verir.
Şəffaflıq: UNEC fəaliyyətini bütün maraqlı tərəflərinin müşahidəsinəaçıq şəkildə həyata keçirir.
Mükəmməllik: UNEC üzvləri bütün fəaliyyətində daim mükəmməl olanı əldə etməyə çalışır.
Keyfiyyətlilik: UNEC bütün fəaliyyətində yüksək keyfiyyət prinsipinə sadiq qalır.
İştirakçılıq: UNEC səmərəli idarəetmə naminə üzvlərinin idarəetmənin bütün mərhələlərində aktiv iştirakını təmin edir.
Fərqliliklərə hörmət: UNEC bütün maraqlı tərəflərinin fərqli fikirlərinə hörmətlə yanaşır.
Cəmiyyət mənafeyini düşünmək: UNEC bütün fəaliyyətini ilk növbədə cəmiyyət mənafeyini düşünərək həyata keçirir.
Ekologiyaya həssaslıq: UNEC üzvləri dayanıqlı inkişaf naminə ekoloji tarazlığın qorunmasına səy göstərir.