Missiya, vizyon və dəyərlərimiz

Page Image

UNEC – uğurlu yolun başlanğıcı…

1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir. UNEC-də 13 fakültə fəaliyyət göstərir, 25 bakalavr proqramı, 94 magistr proqramı, 14 doktorantura proqramı ixtisas üzrə 21 mindən çox təhsilalan var. UNEC-də 450-dən çox əcnəbi tələbə, magistr və doktorant təhsil alır.

Mindən çox müəllim, o cümlədən sıralarında Milli Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvləri,  Dövlət Mükafatı laureatları, əməkdar müəllim və elm xadimlərinin olduğu UNEC-də 738 professor-müəllim heyəti çalışır.

 

Təbələrimizin yumşaq və peşəkar bacarıqlara malik olmalarını təmin edirik


Biz daimi olaraq tələbələrimizin peşəkar inkişafına kömək edirik


Təhsilin keyfiyyətli təminatını və müasir mühit yaradırıq


Tələbələrimizin peşəkar həyatlarına uğurla start vermələri üçün səyləyirik


Tələbələrimizin problemləri həll etmə bacarıqlarına sahib olmalarını təmin edirik


Müəllimlərimizin tələbələrin onların inkişafına təkan göstərir


misiyamiz

  • Tələbələrimizə dünya səviyyəsində təcrübə imkanları təmin edirik

  • Tələbələrimizin innovativ fikirlərə malik olmalarını təşvik edirik.

  • Regionun ən nüfuzlu təhsil mərkəzi olmağı hədəfləyirik.

  • Təhsil və araşdırmaların inkişafını təşviq edirik.

  • Təhsilin keyfiyyətli təminatını və müasir mühit yaradırıq.

  • Tələbələrimizi uğurlu karyera üçün müasir iş dünyasına hazırlayırıq