Könül  İsmayılova

Könül İsmayılova

ped.e.n., tərcüməçi (rus dili üzrə)

Avesis linki
+(994) 12 440-80-76

İsmayılova Könül Fehruz qızı 25 avqust 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə orta məktəbi bitirmiş, həmin ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji  Rus və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) qəbul olmuşdur.

1995-ci ildə Azərbaycan Təhsil Problemlər İnstitutunun dissertantı olmuşdur. 18 dekabr 2007-ci ildə Azərbaycan Təhsil  Problemlər İnstitutunda 13.00.02. – Təlim və tərbiyyənin nəzəriyyəsi və metodikası  (ədəbiyyatın tədrisi metodikası) “Təlim rus dilində olan məktəblərdə Azərbaycan şifahi  xalq yaradıcılığı nümunələrinin öyrədilməsi yolları” mövzusunda dissertasiya işini müdafiə edib. 4 fevral 2009-cu ildə pedaqoji  elmləri  namizədi alimlik  dərəcəsinə  layiq görülüb.

 

Təyinatla Abşeron rayon Xırdalan şəhərindəki 2 saylı orta məktəbində müəllim vəzifəsində çalışmışdır. 

2000-ci ildən  Azərbaycan Dövlət  İqtisad Universitetinin “Rus dili” kafedrasında müəllim vəzifəsində  çalışıb. 1 fevral  2013-cü ildə baş müəllim  vəzifəsinə təyin olunub. UNEC-in “Rus dili” kafedrasının dosenti olub. 2016-cı ildən UNEC-in Tərcümə Mərkəzində tərcüməçi (rus dili üzrə) vəzifəsində çalışır. 

70-a  yaxın  elmi əsərin (məqalələrin, metodiki vəsaitlərin, dərs vəsaitlərin, tezislərin)  müəllifidir.

2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə və səmərəli fəaliyyətlərinə görə Fəxri Fərmana layiq görülmüşdür. 19 avqust 2023-ci ildə Universitetin həyatında fəal iştirakına görə təşəkkürnamə ilə təltif edilmişdir.

28 aprel 2025-ci ildə UNEC-in 95 illiyinə həsr olunmuş «Sahibkarliq təhsili: iqtisadi artımın yeni imkanları» mövzusunda keçirilən  I Beynəlxalq elmi-praktik konfransda fəal iştirakına görə  sertifikatı təqdim edilmişdir.

Ailəlidir, bir övladı  var.