
Könül İsmayılova
ped.e.n., tərcüməçi (rus dili üzrə)
İsmayılova Könül Fehruz qızı 25 avqust 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə orta məktəbi bitirmiş, həmin ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) qəbul olmuşdur.
1995-ci ildə Azərbaycan Təhsil Problemlər İnstitutunun dissertantı olmuşdur. 18 dekabr 2007-ci ildə Azərbaycan Təhsil Problemlər İnstitutunda 13.00.02. – Təlim və tərbiyyənin nəzəriyyəsi və metodikası (ədəbiyyatın tədrisi metodikası) “Təlim rus dilində olan məktəblərdə Azərbaycan şifahi xalq yaradıcılığı nümunələrinin öyrədilməsi yolları” mövzusunda dissertasiya işini müdafiə edib. 4 fevral 2009-cu ildə pedaqoji elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.
Təyinatla Abşeron rayon Xırdalan şəhərindəki 2 saylı orta məktəbində müəllim vəzifəsində çalışmışdır.
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Rus dili” kafedrasında müəllim vəzifəsində çalışıb. 1 fevral 2013-cü ildə baş müəllim vəzifəsinə təyin olunub. UNEC-in “Rus dili” kafedrasının dosenti olub. 2016-cı ildən UNEC-in Tərcümə Mərkəzində tərcüməçi (rus dili üzrə) vəzifəsində çalışır.
70-a yaxın elmi əsərin (məqalələrin, metodiki vəsaitlərin, dərs vəsaitlərin, tezislərin) müəllifidir.
2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə və səmərəli fəaliyyətlərinə görə Fəxri Fərmana layiq görülmüşdür. 19 avqust 2023-ci ildə Universitetin həyatında fəal iştirakına görə təşəkkürnamə ilə təltif edilmişdir.
28 aprel 2025-ci ildə UNEC-in 95 illiyinə həsr olunmuş «Sahibkarliq təhsili: iqtisadi artımın yeni imkanları» mövzusunda keçirilən I Beynəlxalq elmi-praktik konfransda fəal iştirakına görə sertifikatı təqdim edilmişdir.