Kafedra eyni zamanda “Dizayn və texniki estetika” ixtisası üzrə təhsilin magistratura səviyyəsində təhsil alan magistrantlara elmi mövzuların seçilməsində, onlara düzgün istiqamətlərin verilməsi və elmi rəhbərlik edilməsində yaxından köməklik göstərilir.
Kafedranın əsas missiyası dizaynın bir çox istiqamətlərində rəqabətqabiliyyətli və praktiki qabiliyyətlərə malik, əmək bazarının çağırışlarına və beynəlxalq standarlara cavab verə bilən ixtisaslı mütəxəssislər hazırlamaqdır.
Kafedranın müəllimləri tərəfindən tələbələr üçün dərs vəsaiti, metodik vəsaitlər hazırlanmış və çap edilmişdir. Kafedranın müəllimlərinin elmi tədqiqat işləri nüfuzlu jurnallarda çap edilmiş və beynəlxalq konfranslarda məruzə edilmişdir.
Kafedra əməkdaşları respublikamızda hal-hazırda dizayn sahəsi üzrə fəaliyyət göstərən müəssisə, təşkilatlar, firmalar və s. ilə sıx əlaqə saxlamaqla, bu sahədə olan yenilikləri izləyir və elmi axtarışlarını davam etdirməkdədirlər:
- Müasir modanın istiqamətindən asılı olaraq cəmiyyətin zövqünə müvafiq məmulat istehsalında dizayn elementlərinin səmərəli tətbiqi üçün tövsiyələr irəli sürülmüşdür;
- Hal-hazırda respublikada dizaynın geyim, reklam, interyer, mebel və başqa sahələri üzrə fəaliyyət göstərən müəssisələrinin rəhbərliyi ilə sıx əlaqə saxlanılmaqdadır;
- Elmi axtarışların nəticələri əsasında istehsal olunan məhsulların texnoloji hazırlanma şəraitinin təhlilinə istinadla çatışmazlıqların aradan qaldırılması ilə əlaqədar tövsiyələr verilmişdir;
- Respublikanın aparıcı müəssisələri, firmalar, dəb evləri və digər istehsal sahələrinin mütəxəssisləri ilə ilboyu əlaqə saxlanılır, texniki heyətlə görüşlər keçirilir, irad və təkliflər müzakirə olunur.
Kafedra əməkdaşlarının respublikada istehsal olunan məhsulların dizayn elementləri ilə tərtib olunması, məhsulun keyfiyyətinin yüksəldilməsi sahəsində apardıqları elmi axtarışlar həm nəzəri, həm də praktiki cəhətdən böyük əhəmiyyət kəsb edir.
Kafedranın beynəlxalq əlaqələri genişdir. Türkiyənin Qazi Universiteti (Ankara), İzmirdəki Ege Universiteti, Dənizli şəhərindəki Pamukkale Universiteti, Bursada Uludağ habelə Moskva Dövlət Dizayn və Texnologiya Universiteti, Kiyev Milli Texnologiya və Dizayn Universiteti ilə sıx əlaqə saxlayır. Azərbaycan Moda Assosiasiyası, GİLTEX, Baku Design Center, Venera Group, Zaferoğlu İnşaat, Baku Academy Center və My Design Concept, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə fəal əməkdaşlıq münasibətləri formalaşmışdır.
İxtisas:
050306 – Dizayn (sahələr üzrə)
İstiqamət:
- Qrafik dizayn
- Sənaye dizayn
- Mühit dizaynı
- Geyim dizaynı
Əsas nəşrlər:
1.Gön-dəridən olan məmulatların konstruksiyası (Azərbaycan Respublikası Maarif Nəşriyyatı “Çaşıoğlu” B., 1996 (dərslik)).
2. Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsinin əsasları (Bakı, 2004 (dərslik)).
3. Gömrük ekspertizasının təşkili (G., AKTA nəşriyyatı 2004 (dərslik)).
4. Tikiş fabriklərinin layihələndirilməsi (BDU nəşriyyatı B., 2008 (dərs vəsaiti)).
5. ALS ilə geyimlərin konstruksiya edilməsi (ATU-nin mətbəəsi, B., 2009 dərslik (I-hissə), dərslik).
6. Dizayn reklamı (Rus dilindən dərsliyin tərcüməsi, B., 2010).
7. ALS ilə geyimlərin konstruksiya edilməsi (Məşğələ dərslərinin yerinə yetirilməsi üçün dərs vəsaiti, B., 2010).
8. Социальные функции дизайна. Монография. Баку, Издательство: «Элм», 2007, 138с.
9. Moda və kostyumun tarixi. Ali məktəblər üçün dərslik. Bakı, «Azərnəşr», 2009, s.217.
10. Kostyumun kompozisiyası. Ali məktəblər üçün dərslik – Bakı, “Təbib” nəşriyyatı, 2013, 180s., 56 illyustrasiya 2.
11. “Kostyumun kompozisiyası” fənni üzrə məşğələ dərslərin aparılmasına dair metodik vəsait – Bakı, “Təbib” nəşriyyatı, 2014, 108s., 33 illyustrasiya
12. Dəb aləmində bərqərar olmuş aparıcı üslubların xüsusiyyətləri. Monoqrafiya. Bakı, “Elm” nəşriyyatı, 2015, 168 səh. (41 illüstrasiya).