Dizayn

Kafedra haqqında

“Dizayn” kafedrası 1999-cu ildən fəaliyyətə başlamışdır. Kafedrada “Dizayn” ixtisası üzrə bakalavr, “Dizayn və texniki estetika” ixtisası üzrə  magistr pillələrində kadr hazırlığı aparılır.

Kafedranın yaradılmasında əsas məqsəd yüksək zövqlü, qlobal təfəkkürlü və yaradıcı mütəxəssislər yetişdirməkdir. Tədris edilən fənlərin mənimsədilməsi ilə tələbələr dizayn problemlərini  həll edə bilən mütəxəssis kimi yetişirlər.

Kafedra üzrə bakalavr pilləsində 68 fənn tədris olunur. Bütün fənlər sillabuslar və tədris vasitələrilə təmin olunmuşdur. Nəzərdə tutulan proqramı həyata keçirmək üçün tələbələr üçün dizayn studiolar (yaradıcılıq emalatxanaları) yaradılmış, yeni avadanlıq və materiallarla təchiz edilmişdir. Dizayn proqramlarının mənimsədilməsi üçün tələbələr qrafik planşetlərlə təmin edilmişdirlər. Tədris prosesində tələbələrin yaradıcılıq qabiliyyəti formalaşmaqla yanaşı, onlara peşəkar müəllimlər tərəfindən müasir dizayn üsullarından istifadə etmək, qrafik tərtibatların bütün imkanları aşılanır. Tələbələrin yaradıcı təxəyyüllərinin məhsulu olan, fərqli məzmularda  əl işləri müxtəlif sərgilərdə nümayiş etdirilərək, uğurla nəticələnmişdir.

Kafedra eyni zamanda “Dizayn və texniki estetika” ixtisası üzrə  təhsilin magistratura səviyyəsində təhsil alan magistrantlara elmi mövzuların seçilməsində, onlara düzgün istiqamətlərin verilməsi və elmi rəhbərlik edilməsində yaxından köməklik göstərilir.

Kafedranın əsas missiyası dizaynın bir çox istiqamətlərində rəqabətqabiliyyətli və praktiki qabiliyyətlərə malik,  əmək bazarının çağırışlarına və beynəlxalq standarlara cavab verə bilən ixtisaslı mütəxəssislər hazırlamaqdır.

Kafedranın müəllimləri tərəfindən tələbələr üçün dərs vəsaiti, metodik vəsaitlər hazırlanmış və çap edilmişdir. Kafedranın müəllimlərinin elmi tədqiqat işləri nüfuzlu jurnallarda çap edilmiş və beynəlxalq konfranslarda məruzə edilmişdir.

Kafedra əmək­daşları respublikamızda hal-hazırda dizayn sahəsi üzrə fəaliyyət göstərən müəssisə, təşkilatlar, firmalar və s. ilə sıx əlaqə saxlamaqla, bu sahədə olan yenilikləri izləyir və elmi axta­rışlarını davam etdirməkdədirlər:

  • Müasir modanın istiqamətindən asılı olaraq cəmiyyətin zövqünə müvafiq məmulat is­teh­salında dizayn elementlərinin səmərəli tətbiqi üçün tövsiyələr irəli sürülmüşdür;
  • Hal-hazırda respublikada dizaynın geyim, reklam, interyer, mebel və başqa sahələri üzrə fəaliyyət göstərən müəs­si­sələrinin rəhbərliyi ilə sıx əlaqə saxlanılmaqdadır;
  • Elmi axtarışların nəticələri əsasında istehsal olunan məhsulların texnoloji hazırlanma şəraitinin təhlilinə istinadla çatış­mazlıqların aradan qaldırılması ilə əlaqədar tövsiyələr verilmişdir;
  • Respublikanın aparıcı müəssisələri, firmalar, dəb evləri və digər istehsal sahələrinin mütəxəssisləri ilə ilboyu əlaqə saxlanılır, texniki heyətlə görüşlər keçirilir, irad və təkliflər müzakirə olunur.

Kafedra əməkdaşlarının respublikada istehsal olunan məhsulların dizayn elementləri ilə tərtib olunması, məhsulun keyfiyyətinin yüksəldilməsi sahəsində apardıqları elmi axtarışlar həm nəzəri, həm də praktiki cəhətdən böyük əhəmiyyət kəsb edir.

Kafedranın beynəlxalq əlaqələri genişdir. Türkiyənin Qazi Univer­siteti (Ankara), İzmirdəki Ege Universiteti, Dənizli şəhərindəki Pamuk­kale Universiteti, Bursada Uludağ habelə Moskva Dövlət Dizayn və Texnologiya Universiteti, Kiyev Milli Texnologiya və Dizayn Universiteti ilə sıx əlaqə saxlayır. Azərbaycan Moda Assosiasiyası, GİLTEX, Baku Design Center, Venera Group, Zaferoğlu İnşaat, Baku Academy Center və My Design Concept, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə fəal əməkdaşlıq münasibətləri formalaşmışdır.

İxtisas:

050306 – Dizayn (sahələr üzrə)

İstiqamət:

  • Qrafik dizayn
  • Sənaye dizayn
  • Mühit dizaynı
  • Geyim dizaynı

 

Əsas nəşrlər:

1.Gön-dəridən olan məmulatların konstruksiyası (Azərbaycan Respublikası Maarif Nəşriyyatı “Çaşıoğlu” B., 1996 (dərslik)).
2. Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsinin əsasları (Bakı, 2004 (dərslik)).
3. Gömrük ekspertizasının təşkili (G., AKTA nəşriyyatı 2004 (dərslik)).
4. Tikiş fabriklərinin layihələndirilməsi (BDU nəşriyyatı B., 2008 (dərs vəsaiti)).
5. ALS ilə geyimlərin konstruksiya edilməsi (ATU-nin mətbəəsi, B., 2009 dərslik (I-hissə), dərslik).
6. Dizayn reklamı (Rus dilindən dərsliyin tərcüməsi, B.,  2010).
7. ALS ilə geyimlərin konstruksiya edilməsi (Məşğələ dərslərinin yerinə yetirilməsi üçün dərs vəsaiti, B., 2010).
8. Социальные функции дизайна. Монография. Баку, Издательство: «Элм», 2007, 138с.
9. Moda və kostyumun tarixi. Ali məktəblər üçün dərslik. Bakı, «Azərnəşr», 2009, s.217.
10. Kostyumun kompozisiyası. Ali məktəblər üçün dərslik – Bakı, “Təbib” nəşriyyatı, 2013, 180s., 56 illyustrasiya 2.
11. “Kostyumun kompozisiyası” fənni üzrə məşğələ dərslərin aparılmasına dair metodik vəsait – Bakı, “Təbib” nəşriyyatı, 2014, 108s., 33 illyustrasiya
12. Dəb aləmində bərqərar olmuş aparıcı üslubların xüsusiyyətləri. Monoqrafiya. Bakı, “Elm” nəşriyyatı, 2015, 168 səh. (41 illüstrasiya).

Professor-müəllim heyəti:

Kəminə Cəbrayılova

Lalə Məmmədova

اتصال

هاتف

+(994)12 492-59-03 (13-22)

البريد الإلكتروني

أقسام أخرى