
Çimnaz Talıbova
tərcüməçi (rus dili üzrə)
Talıbova Çimnaz Hüseyn qızı 7 noyabr 1953-cü ildə Gədəbəy rayonunda anadan olmuşdur. 1972-ci ildə Bakıda 100 nömrəli orta məktəbi bitirmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş və 1977-ci ildə “filoloq, rus dili və ədəbiyyatı müəllimi ” ixtisası üzrə bitirmişdir.
1978-ci ildə Azərbaycan Dövlət Universitetinin nəşriyyatında korrektor vəzifəsində çalışmışdır. 1980-1989-cu illərdə D.Bunyatzadə adına AzXTİ-nin “Rus dili” kafedrasında laborant, baş laborant vəzifəsində işləmişdir. 1989-cu ildən 1995-ci ilədək “Rus dili” kafedrasında müəllim vəzifəsində işləmiş, 1995-ci ildən müsabiqə yolu ilə həmin kafedraya baş müəllim vəzifəsinə təyin olunmuşdur.
2017-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetitin Xarici Dillər Departamentinin Tərcümə Mərkəzində tərcüməçi (rus dili üzrə) çalışır.
Azərbaycan Respublikası Təhsil nazirliyi kollegiyası 27.09.2011-ci il tarixli T-393 nömrəli qərarı ilə ADİU “ Rus dili” kafedrasının baş müəllimi Talıbova Çimnaz Hüseyn qızı yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətinə görə və universitetin 80 illik yubileyi münasibəti ilə “ Fəxri fərman”la təltif edilmişdir.
UNEC-in Biznes İnzibatçılığı fakültəsinin tələbə və müəllim heyəti arasında gördüyü işlərə, yüksək səviyyəli kadrların hazırlanmasında göstərdiyi xidmətlərə görə 60 illik yubileyi münasibəti ilə Fəxri Fərmanla təltif olunur.