Çimnaz Talıbova

Çimnaz Talıbova

tərcüməçi (rus dili üzrə)

رابط Avesis
+(994) 12 440-80-76

Talıbova Çimnaz Hüseyn qızı 7 noyabr 1953-cü ildə Gədəbəy rayonunda anadan olmuşdur. 1972-ci ildə Bakıda 100 nömrəli orta məktəbi bitirmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş  və  1977-ci ildə “filoloq, rus dili və ədəbiyyatı müəllimi ” ixtisası üzrə bitirmişdir.

1978-ci ildə Azərbaycan Dövlət Universitetinin nəşriyyatında korrektor vəzifəsində çalışmışdır. 1980-1989-cu illərdə D.Bunyatzadə adına AzXTİ-nin “Rus dili” kafedrasında laborant, baş laborant vəzifəsində işləmişdir. 1989-cu ildən 1995-ci ilədək “Rus dili” kafedrasında müəllim  vəzifəsində işləmiş, 1995-ci ildən müsabiqə yolu ilə həmin kafedraya baş müəllim vəzifəsinə təyin olunmuşdur.

2017-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetitin Xarici Dillər Departamentinin Tərcümə Mərkəzində tərcüməçi (rus dili üzrə) çalışır.

27 elmi məqalə və 7 dərs vəsaitinin müəllifidir. 

Azərbaycan Respublikası Təhsil nazirliyi kollegiyası 27.09.2011-ci il tarixli T-393 nömrəli qərarı ilə ADİU “ Rus dili” kafedrasının baş müəllimi Talıbova Çimnaz  Hüseyn qızı yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətinə görə və universitetin 80 illik yubileyi münasibəti ilə “ Fəxri fərman”la təltif edilmişdir.

UNEC-in Biznes İnzibatçılığı fakültəsinin tələbə və müəllim heyəti arasında gördüyü işlərə, yüksək səviyyəli kadrların hazırlanmasında göstərdiyi xidmətlərə görə 60 illik yubileyi münasibəti ilə Fəxri Fərmanla təltif olunur.

UNEC və Türkiyənin Sakarya Universiteti arasında mövcud olan Mövlana Değişim Programı əsasında 01.11.2015-10.11.2015 tarixində Sakarya Universitetinə ezam olunmuşdur.