Rövnəq   Rzayev

Rövnəq Rzayev

Elm və innovasiya məsələləri üzrə prorektor, f.e.d., professor

Avesis链接

[email protected]
+(99412) 492 59 03 (11-03)

Rzayev Rövnəq Mirzə oğlu 12.02.1970-ci ildə Ordubad rayonunun Biləv kəndində anadan olub.
1986-cı ildə orta məktəbi, 1992-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib.
1988-1989-cu illərdə həqiqi hərbi xidmətdə olub.
1992-1995-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində əyani aspirant olub.

1996-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.
1993-cü ildən Bakı Dövlət Universitetinin “Fiziki elektronika” kafedrasının nəzdindəki “Bərk cisim elektronikası” Elmi-Tədqiqat Laboratoriyasında, 2006-cı ildən 2016-cı ilə qədər isə Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun “Yarımkeçiricilər fizikası” şöbəsində elmi işçi vəzifəsində çalışıb.
2011-ci ildən 2020-ci ilə kimi UNEC-in “Fizika və kimya” kafedrasına rəhbərlik edib.
2020-ci ildən 2024-cü ilə kimi UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri vəzifəsində çalışıb.
2024-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsində çalışır.
Azərbaycan Dövlət İqtisad Universiteti rektorunun 29 mart 2019-cu il tarixli 188/3/2019- saylı əmri ilə “Kompozit materiallar” Elmi Tədqiqat Mərkəzinin elmi rəhbəridir.
UNEC Elmi Şurası və Mühəndislik fakültəsinin Elmi Şurasının üzvüdür.
2017-ci ildən 2023-cü ilədək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasıında Fizika və Astronomiya üzrə Expert Şurasının üzvü olub.
2024-cü ilədən isə Expert Şurasının sədri vəzifəsində çalışır.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

Akademik profillər:
Scholar  
Scopus
ORCID
Researchgate
Webofscience

50-dən artıq elmi əsərin, o cümlədən 60-dan artıq impakt faktorlu (Web of Science və Scopus bazalarına daxil olan) nüfuzlu xarici jurnallarda olmaqla, 120  elmi məqalənin, 50-yə qədər beynəlxalq (əksəriyyəti xaricdə) və 50-dən yuxarı Respublika səviyyəli konfrans materiallarının, 1 dərslik, 10 dərs vəsaitinin və 10-larla proqram və metodiki vəsaitin müəllifidir.
Dəfələrlə beynəlxalq və respublika səviyyəli qrant müsabiqələrinin qalibi və layihə rəhbəri olmuşdur.

UNEC JOURNAL OF ENGINEERING AND APPLIED SCIENCES jurnalının baş redaktorudur. https://www.unec-jeas.com/

 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi elmi dərəcə iddiaçılarının əsərlərinin çap edildiyi dövri elmi nəşrlərin siyahısına daxil edilən Azərbaycan Texniki Universitetinin “Elmi əsərlər” və “Fizika, riyaziyyat və informatika tədrisi” jurnallarının, eləcə də Rusiya Federasiyasında nəşr olunan dövri elmi və elmi-texniki nəşrlərin Ali Attestasiya Komissiyasının Siyahısına (РИНЦ)  daxil olan «Нефтегазовое дело» jurnalının elmi redaksiya heyətinin üzvüdür.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

1998-ci ildə “Disproziumla aşqarlanmış qallium selen monokristallarının elektron xassələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.
2014-cü ildə isə “AIIIBVI monoselenidlərinin kristalları tipli laylı quruluşlu yarımkeçiricilərdə dreyf çəpərlərinin elektron hadisələrinə təsiri” mövzusunda doktorluq dissertasiya işini müdafiə edərək, fizika üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarları ilə 2004-cü ildə “Dosent”, 2019-cu ildə isə “Professor” elmi adlarını alıb.