1975-ci ildən əmək fəaliyyətinə başlamış və 1988-ci ilədək «Əməyin iqtisadiyyatı və təşkili» kafedrasında, müxtəlif illərdə baş laborant, aspirant, saathesabı müəllim və müəllim vəzifələrində, işləmişdir.
1988-ci ildən «İqtisadiyyatın idarə edilməsi» kafedrası təşkil edildiyi gündən, müəllim, 1991-ci ildən etibarən, artıq «Menecment və sahibkarlıq fəaliyyəti» adlanan həmin kafedrada baş müəllim vəzifələrində işləmişdir.
1995-ci ildən «Menecment» kafedrasının dosentidir.
1990-cu ildə Azərbaycan SSR Nazirlər Soveti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun ixtisasartırma kursunu bitirmiş, 1999-cu ildə Azərbaycan Baş Pedaqoji kadrların ixtisaslarının artırılması və yenidən hazırlanması İnstitutunda kurs keçmişdir. Qərb Universiteti Gender Araşdırmaları Mərkəzinin təşkil etdiyi Humanitar və sosial fənlərin tədrisində gender əsaslarının tətbiqi metodologiyası Proyektinin qısa müddətli treninqində iştirak edərək «İqtisadi nəzəriyyədə gender aspekti» kursu üzrə sertifikat almışdır.
Müxtəlif illərdə institutun Elmi İqtisadi Cəmiyyətinin (EİC) elmi katibi, «Plan-iqtisad» fakültəsinin Ekspert Komissiyasının məsul katibi, «İnformatika və idarəetmə» fakültəsinin Elmi Şurasının elmi katibi və sonralar həmin fakültənin Tərbiyə işləri üzrə dekan müavini vəzifəsində çalışmışdır.
2005-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Hazırlıq» fakültəsinin dekanı vəzifəsində çalışmışdır.
Universitetdə kafedra müdiri və dekan vəzifəsini tutmaq üçün yaradılmış müsabiqə komissiyasının katibidir.
Eyni zamanda Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədr müavinidir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının «İdarəetmə» bölməsinin, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Ağsaqqallar Şurasının və Beynəlxalq Qadınlar Klubunun üzvüdür.
2014-cü ilin aprel ayından etibarən UNEC-in Tələbələrlə iş üzrə prorektoru təyin edilmişdir.