Sevda  Əhmədova Musa

Sevda Əhmədova Musa

"Humanitar fənlər" kafedrasının müəllimi

Avesis链接
 Bakı, Həsən Əliyev küçəsi, 135 (II Tədris binası)
+(994) 12 564-40-07
Sevda Musa qızı Əhmədova 1958-cı ildə Gəncə şəhərində anadan olub.
1976-1982-ci illərdə Azərbaycan Dövlət Tibb İnistitutunda “müalicə-proflaktika” fakultəsini bitirib, “müalicə işi” ixtisası üzrə “həkim” ixtisasına yiyələnmişdir.
1982-1983-cü illərdə Gəncə şəhərində A.Səhhət adina 1 saylı şəhər xəstəxanasında həkim-interna işləyib.
1984-ci ildə Gəncə şəhərində 3 syalı şəhər poliklinikasında Funksional - diaqnostika həkimi işləyib. 1984 -1988-ci illərdə Gəncə şəhərində həkim nevropotoloq işləyib.
1988-1993-cü illərdə Bakı şəhərində Əmək və Əhalinin Sosial Təminat Nazirliyində Respublika ixtisaslaşdirilmiş travmo-neşə xəstəlikləri HƏEK Həkim - profpatoloq işləyib.
1993 - 1997-ci illərdə Binəqədi rayonu HƏEK həkim - ekspert terapevt işləmişdir.
1997 - 2000-ci illərdə Bakı şəhərində Respublika Tibbi Sosial Ekspertiza mərkəzində həkim- ekspert Funksionalist işləmişdir.
1999-cu ildə Bakı şəhərində ADU-da “Mulki Müdafiə və tibbi biliklərin əsası” kafedrasında 0.5 ştat müəllim, 1999-2007-ci illərdə həmin kafedrada tam ştat müəllim, 2007-2014-cü ilə qədər tam ştat baş müəllim, 2014-2022-ci illərdə həmin universitetdə 0,5 ştat baş müəllim işləmişdir.
2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Mülki müdafiə” kafedrasında müəllim işləyir.
Hazırda 2020-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Humanitar fənlər” kafedrasının müəllimı işləyir.
16 elmi məqalənin, 4 elmi-tədqiqat işlərinin müəllifidir. Beynəlxalq və Respublika əhəmiyyətli Elmi Konfranslarda iştirak etmişdir.

RESPUBLİKA VƏ BEYNƏLXALQ SEMİNAR SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 2005-ci il. Odlar Yurdu Universitetində keçirilmiş (“Genetika” - ya həsr edilmiş) Beynəlxalq Konfransda iştirak etmişdir.
  • 2010- I Beynəlxalq konfrans: “İnnovasiya, təhsilin keyfiyyəti və inkiaşfı”-«Здоровые и интеллектуальное развитие обучающихся».
Ailəlidir, üç övladı var.