Sevda  Əhmədova

Sevda Əhmədova

Avesis linki
 Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-40-07
Sevda Musa qızı Əhmədova 1958-cı ildə Gəncə şəhərində anadan olub.
1976-1982-ci illərdə Azərbaycan Dövlət Tibb İnistitutunda “müalicə-proflaktika” fakultəsini bitirib, “müalicə işi” ixtisası üzrə “həkim” ixtisasına yiyələnib.
1982-1983-cü illərdə Gəncə şəhərində A.Səhhət adina 1 saylı şəhər xəstəxanasında həkim-interna işləyib.
1984-ci ildə Gəncə şəhərində 3 syalı şəhər polinikasında Funksional – diaqnostika həkimi işləyib. 1984 -1988-ci illərdə Gəncə şəhərində həkim nevropotoloq işləyib.
1984-1988-ci illərdə həkim poliknikada həkim-nevropatoloq işləmişdir.
1988-1993-cü illərdə Bakı şəhərində Əmək və Əhalinin Sosial Təminat Nazirliyində Respublika ixtisaslaşdirilmiş travmo-neşə xəstəlikləri HƏEK Həkim-probpatoloq işləyib.
1993-1997-ci illərdə Binəqədi rayonu HƏEK həkim – ekspert trapevt işləmişdir.
1997-2000-ci illərdə Bakı şəhərində Respublika Tibbi Sosial Ekspertiza mərkəzində həkim- ekspert Funksionalist işləmişdir.
1999-1999-cu illərdə Baki şəhərində ADU-da “Mulki Müdafiə və tibbi biliklərin əsası” kafedrasında 0.5 ştat müəllim, 1999-2007-ci illərdə həmin kafedrada tam ştat müəllim, 2007-2014-cü ilə qədər tam ştat baş müəllim, 2014-2022-ci illərdə həmin universitetdə 0,5 ştat baş müəllim işləmişdir.
2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Mülki müdafiə” kafedrasında müəllim işləyib.
2020-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Humanitar fənlər” kafedrasının müəllimi işləyir.
RESPUBLİKA VƏ BEYNƏLXALQ SEMİNAR SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
  • 2005-ci il. Odlar Yurdu Universitetində keçirilmiş (“Genetika” – ya həsr edilmiş) Beynəlxalq Konfransda iştirak etmişdir.
  • 2010- I Beynəlxalq konfrans: “İnnovasiya, təhsilin keyfiyyəti və inkiaşfı”-«Здоровые и интеллектуальное развитие обучающихся».
16 elmi məqalənin, 4 elmi-tədqiqat işlərinin müəllifidir.
Beynəlxalq və Respublika əhəmiyyətli Elmi Konfranslarda iştirak etmişdir.
Ailəlidir, üç övladı var.