Vəfa  Mahmudova Oruc

Vəfa Mahmudova Oruc

“Biznes və logistika” kafedrasında baş müəllimi

Avesis链接
Bakı, Həsən Əliyev küçəsi, 135 (II Tədris binası)
+(994) 12 440-33-67, 441-65-21
1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1999-cu ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunu bitirərək “Çörək, makaron, unlu qənnadı məmulatı və qida konsentratlarının texnologiyası” ixtisası üzrə bakalavr dərəcəsi, 2001-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Magistratura pilləsini bitirərək həmin ixtisas üzrə magistr elmi dərəcəsi almışdır.
2015-ci ildə 5312.01- “Sahə iqtisadiyyatı” ixtisası üzrə “Aqrobiznesin maliyyə-kredit infrastrukturunun inkişaf  problemləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru dərəcəsi almışdır.
1997-ci ildən Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunda əmək fəaliyyətinə başlamış, 2005-ci ildən “Biznesin idarə edilməsi” kafedrasında böyük laborant vəzifəsində çalışmış, “Biznesin əsasları”, “Biznesin idarə edilməsi” fənlərindən saathesabı qaydada mühazirə və məşğələ dərsləri aparmışdır.
Hazırda “Biznes və logistika” kafedrasında baş müəllimi kimi fəaliyyətini davam etdirir.

20-yə yaxın elmi əsərin müəllifidir. Bir sıra beynəlxalq və respublika əhəmiyyətli konfrans, treninq və təlimlərdə iştirak etmişdir.

ELMİ ƏSƏRLƏR

Ailəlidir, iki övladı var.