Vəfa  Mahmudova Oruc qızı

Vəfa Mahmudova Oruc qızı

İqtisad üzrə fəlsəfə doktoru, baş müəllim

رابط Avesis

 Bakı, H.Əliyev küçəsi, 135
+(994) 12 440-33-67, 441-65-21

1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1999-cu ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunu bitirərək “Çörək, makaron, unlu qənnadı məmulatı və qida konsentratlarının texnologiyası” ixtisası üzrə bakalavr dərəcəsi, 2001-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Magistratura pilləsini bitirərək həmin ixtisas üzrə magistr elmi dərəcəsi almışdır.
2015-ci ildə 5312.01- “Sahə iqtisadiyyatı” ixtisası üzrə “Aqrobiznesin maliyyə-kredit infrastrukturunun inkişaf  problemləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru dərəcəsi almışdır.

1997-ci ildən Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunda əmək fəaliyyətinə başlamış, 2005-ci ildən “Biznesin idarə edilməsi” kafedrasında böyük laborant vəzifəsində çalışmış, “Biznesin əsasları”, “Biznesin idarə edilməsi” fənlərindən saathesabı qaydada mühazirə və məşğələ dərsləri aparmışdır.
Hal-hazırda “Biznes və logistika” kafedrasında müəllim kimi fəaliyyətini davam etdirir.
Ailəlidir, iki övladı var.

20-yə yaxın elmi əsərin müəllifidir. Bir sıra beynəlxalq və respublika əhəmiyyətli konfrans, treninq və təlimlərdə iştirak etmişdir.

ELMİ ƏSƏRLƏR