Akademik təqvim

Page Image

Hər tədris ilinin əvvəlində UNEC-in  rəsmi  internet səhifəsində akademik təqvim elan olunur.

Akademik Təqvim — tədris ili ərzində universitetdəki bütün əsas akademik fəaliyyətlərin və idarəetmə mərhələlərinin tarixlərini və müddətlərini özündə əks etdirən rəsmi sənəddir. Akademik təqvimdə həm əyani, həm də qiyabi təhsil formaları üzrə bütün vacib tarixlər əks olunub. Təqvimdə universitetdə bir tədris ili ərzində baş verəcək əsas akademik fəaliyyətlərin zamanlamasını və ardıcıllığını göstərilib.

*

Akademik təqvim aşağıdakı məlumatları ehtiva edir:

 

·  fərdi tədris planlarının tərtib edilməsi və dəyişikliklərin tarixləri;

·  semestrin başlama və bitmə tarixləri;

·  təhsil haqlarının ödənməsi tarixləri;

·  sərbəst iş və layihələrin təqdim edilməsi tarixləri;

·  ara və yekun imtahanların tarixləri;

·  tələbələrin təcrübələrinin başlanma və bitmə tarixləri;

·  Yekun Dövlət Attestasiyasının tarixləri;

·  yay semestrinin başlama və bitmə tarixləri və s.