İnqilab  Əhmədov

İnqilab Əhmədov

İqtisad elmləri namizədi., dosent

رابط Avesis

 Bakı, İstiqlaliyyət, 6 (I korpus)
+(994)12 492-98-62
+(994)12 492-59-03 (11-43)

Əhmədov İnqilab  Ağacan oğlu 1960-cı ildə Lənkəran rayonunda anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Lənkəran rayonunda alıb.
Əmək fəaliyyətinə 1977-ci ildə Lənkəran rayonunun Ş. Axundov adına sovxozunda fəhlə kimi başlayıb.
1979-cu ilin may ayından 1981-ci ilin iyununa qədər Sovet Ordusu sıralarında hərbi xidmət keçib.
Ordu sıralarından tərxis olunandan sonra Leninqrad şəhərində 104 nömrəli tikinti trestində işləyib.
1982-1987-ci illərdə Leninqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsində əyani şöbədə oxuyub.
Universiteti əla qiymətlə bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunda siyasi iqtisad kafedrasında laborant vəzifəsində çalışıb.
1987-ci ildə Leninqrad Dövlət Universitetinə təcrübəkeçmə üçün ezamiyyə olunub. 1988-ci il həmin Universitetin iqtisadiyyat fakültəsinin aspiranturasına daxil olub.
İki ildən sonra 1990-cı ildə namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edib Bakıya, Azərbaycan Neft və Kimya institutunun siyasi iqtisad kafedrasına müəllimi kimi işə düzəlib.

1990-cı ildən 1994-cü ilə kimi Strateji Araşdırmalar Mərkəzində böyük elmi işçi kimi çalışıb.
1994-cü ilin oktyabr ayından Sosial-Psixoloji Araşdırmalar Mərkəzində baş direktorun müavini işləyib.
1995-ci ilin noyabr ayından 2005-ci ilin iyun ayına qədər “Trend” analitik informasiya agentliyinin baş direktoru vəzifəsində çalışıb.
2003-cü ilin iyün ayından İctimai Vəsaitin Monitorinqi Mərkəzinin direktoru vəzifəsində çalışır.
UNEC-in “Beynəlxalq iqtisadiyyat” (ingilisdilli) kafedrasının dosenti olub (0,5).
Hazırda UNEC-in “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının dosentidir (0.5).

2000-ci ilin oktyabr ayında Sankt-Peterburq İqtisadiyyat və Maliyyə Universtitetində iqtisadiyyat üzrə doktorluq dissertasiyasını müdafiə edib.