Əhmədov İnqilab Ağacan oğlu 1960-cı ildə Lənkəran rayonunda anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Lənkəran rayonunda alıb.
Əmək fəaliyyətinə 1977-ci ildə Lənkəran rayonunun Ş. Axundov adına sovxozunda fəhlə kimi başlayıb.
1979-cu ilin may ayından 1981-ci ilin iyununa qədər Sovet Ordusu sıralarında hərbi xidmət keçib.
Ordu sıralarından tərxis olunandan sonra Leninqrad şəhərində 104 nömrəli tikinti trestində işləyib.
1982-1987-ci illərdə Leninqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsində əyani şöbədə oxuyub.
Universiteti əla qiymətlə bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunda siyasi iqtisad kafedrasında laborant vəzifəsində çalışıb.
1987-ci ildə Leninqrad Dövlət Universitetinə təcrübəkeçmə üçün ezamiyyə olunub. 1988-ci il həmin Universitetin iqtisadiyyat fakültəsinin aspiranturasına daxil olub.
İki ildən sonra 1990-cı ildə namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edib Bakıya, Azərbaycan Neft və Kimya institutunun siyasi iqtisad kafedrasına müəllimi kimi işə düzəlib.