UNEC və Yunanıstanın Qərbi Makedoniya Texniki Təhsil İnstitutu ilə “Neft və qazın idarəedilməsi və daşınması” (MOGMAT) üzrə magistr proqramı həyata keçirir.
UNEC ilk dəfə olaraq Avropa Birliyinin üzv ölkəsi olan Yunanıstan Respublikasının Təhsil Nazirliyinin “Akademik ad və məlumatların tanınması üzrə təşkilatı” tərəfindən Yunan ali təhsil müəssisələrinə ekvivalent universitet statusu alıb.
UNEC məzunları Avropa Birliyinin üzv ölkəsi olan Yunanıstan Respublikasında əmək və akademik fəaliyyət göstərdikləri zaman UNEC-in Yunanıstan ali təhsil müəssisələrinə ekvivalentlik statusundan yararlana bilirlər.
Magistratura təhsil səviyyəsi üzrə birgə diplom proqramında iştirak edən əcnəbi tələbələrə sözügedən universitetin müəllimləri ilə yanaşı, UNEC müəllimləri də ildə iki dəfə Yunanıstana ezam olunaraq dərslərin keçirilməsində iştirak edir.
Proqram məzunlarının diplomlarında həm Qərbi Makedoniya Universitetinin, həm də UNEC rektorunun imzası olur.