Layihənin əsas məqsədi Azərbaycanın müvafiq ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsindən, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsindən və innovativ yanaşmanın təkmilləşdirilməsindən ibarət olub.
Büdcəsi 800 min avro olan ENGAGE layihəsi 36 ayı əhatə edib.
Layihə çərçivəsində ali təhsil müəssisələrində innovativ ideyaların yaradılmasını, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılması, startap fəaliyyətlərinin genişləndirilməsi və universitet–sənaye əməkdaşlığının inkişaf etdirilməsi kimi tədbirlər həyata keçirilib. Layihənin icrası zamanı Avropa İttifaqı ölkələrini təmsil edən tərəfdaş universitetlərin müsbət təcrübəsi öyrənilib, layihədə iştirak edən Azərbaycan ali təhsil müəssisələrinin əməkdaşları üçün çoxsaylı təlimlər təşkil edilib.
Layihənin əsas benefisiarları qismində Azərbaycanın 11 ali təhsil müəssisəsi, Azərbaycandan olan tərəfdaşları sırasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (İB) da yer alıb.
ENGAGE layihəsinin 5 Avropa İttifaqı ölkəsini təmsil edən tərəfdaş universitetləri:
• Estoniyanın Tallin Texnologiya Universiteti
• İsveçin KTH Royal Texnologiya İnstitutu
• Portuqaliyanın Lissabon Universiteti
• İspaniyanın Kataloniya Politexnik Universiteti
• Polşanın WSG İqtisadiyyat Universiteti