UNEC kitabxanası 1930-cu ildən Əsaslı kitabxana kimi fəaliyyət göstərmişdir. 15.04.2019-cu il tarixdən Əsaslı kitabxanın bazasında Kitabxana- İnformasiya Mərkəzi (KİM) yaradılmışdır.
Kitabxana şəbəkəsində Azərbaycan, rus, türk və ingilis dillərində kifayət qədər yazılı, səsli və görüntülü təhsil-informasiya resursları əldə etmək mümkündür. Kitabxana hər il yeni nəşr olunmuş monoqrafiya, dərslik, dərs vəsaitləri, metodik göstərişlər hesabına fondunu zənginləşdirir, mütəmadi olaraq oxucuları dövri mətbuatla təmin edir. Aktuallığını itirmiş, zamanın tələblərinə cavab verməyən kitablar...
Kitabxana sayı
Kompüter sayı
Kitab sayı
Oxucu–izləyicilər üçün elektron kitabxana xidmətləri göstərilir, library.unec.edu.az – saytının elektron kataloqda olan öz əksini tapmış bütün informasiya resursları, o cümlədən e-kitablar, a-kitablar davamlı olaraq artmaqdadır.
UNEC KİM ümumilikdə, 80 736 nüsxə (2020-ci ilin hesabatına əsasən) Azərbaycan, ingilis, rus və türk dillərində kitab, tədris proqramı, dissertasiya, avtoreferat, elmi jurnal və digər kitabxana-informasiya resursları ilə oxuculara ənənəvi və elektron xidmət təqdim edir. Mərkəzin strukturunda 6 kitabxana fəaliyyət göstərir.