Layihələrin idarə olunması şöbəsinin LAYİHƏLƏRİ

Creative Spark (Britaniya Şurası (2019))


Creative Spark - tələbələr və gənc sahibkarlar üçün sahibkarlıq və həmin  bacarıqlarının inkişafı məqsədilə Birləşmiş Krallıqla universitet və institusional tərəfdaşlıqları dəstəkləyən beşillik təşəbbüsdür. Layihə 7 ölkədə həyata keçirilib.

Müddət:  5 il

REFRESH ERASMUS+KA2(2022))

Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadi inkişaf: bərpa olunan enerji və iqlim dəyişikliyinin azaldılması (REFRESH)

REFRESH layihəsinin məqsədi universitetlərdə potensialın artırılmasıdır. 

Müddət:  3 il

ENGAGE

(ERASMUS+ KA2 (2022))




Azərbaycanın ali təhsilində dayanıqlı sahibkarlıq ekosisteminin gücləndirilməsi.

Layihənin məqsədi ali təhsildə sahibkarlıq düşüncəsini və mühitini gücləndirməkdir

Müddət: 3 il

DIGISHIP (ERASMUS+ Jean Monnet Module(2022))

Daha Dayanıqlı Avropa üçün Rəqəmsal Sahibkarlıq Strategiyaları – DIGISHIP

Layihənin məqsədi Avropa İttifaqının qabaqcıl təcrübələrindən istifadə etməklə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Rəqəmsal Sahibkarlıq" fənninin praktikliyini artırmaqdır.

Müddət: 3 il

EUPMO (ERASMUS+ Jean Monnet Module (2023))

Avropa İttifaqında Effektiv Layihə İdarəçiliyi: Ən Yaxşı Təcrübələr və Praktik Nümunələr

Layihənin məqsədi layihənin effektiv idarə olunması və əlaqələndirilməsini təmin etmək, bu çərçivədə tədris proqramının hazırlanması, modulun tədrisi və layihənin nəticələrinin həyata keçirilməsi və s.   



  • Layihənin fəaliyyəti və nəticələrinin tanıdılması və təsirinin artırılması, o cümlədən əldə edilən nəticə və ən yaxşı təcrübələrin aidiyyəti maraqlı tərəflərlə paylaşılması.  
  • Modulun məlumatlarının effektiv şəkildə yayılması və tanıdılması – layihə fəaliyyəti, nəticələri və faydalarının dövlət rəsmiləri, siyasətçilər, elmi ictimaiyyət və qeyri-hökumət...

Future17: Dayanıqlı Gələcək üçün Təhsil və Təsirin Körpüsü

Future17 Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərini (SDGs) həll etməklə ali təhsili və işçi qüvvəsini birləşdirən əsaslı qlobal təhsil proqramıdır. 

Dayanıqlı gələcəyin formalaşdırılmasında bizə qoşulun!