Layihələrin idarə olunması şöbəsi

Şöbənin əsas məqsədi Universitetdə beynəlxalq layihələrin planlaşdırılması, icrası və monitorinqini yüksək səviyyədə təmin etmək, daxili şöbələr və xarici maraqlı tərəflər arasında kommunikasiyanı təşkil etməkdir.

Şöbənin funksiyaları: Beynəlxalq layihələrin icrasını tənzimləyir və nəzarət edir; layihə qaydalarına, donor tələblərinə və institusional siyasətlərə uyğunluğu təmin edir; layihələrin qrafiklərini və monitorinq mexanizmlərini hazırlayır; layihə sənədlərini, hesabatları və kommunikasiya materiallarını hazırlayır və idarə edir; layihənin təbliğatı ilə bağlı məlumatlar hazırlayır; layihə tərəfdaşları,  layihənin gedişatını izləyir və hesabatları hazırlayır;

Təkliflərin hazırlanması və layihənin icrası üçün tələb olunan institusional məlumatları toplayır və təqdim edir; Layihə tərəfdaşlarına tələb olunan hesabatların, formaların və yeniliklərin vaxtında təqdim olunmasını təmin edir; Akademik və inzibati bölmələrə layihə tələblərini anlamaqda və yerinə yetirməkdə dəstək göstərir; Layihədə iştirak edən daxili tərəflər üçün mərkəzi məlumat nöqtəsi kimi çıxış edir.

İntensiv Blok Kursların Təşkili (Qış/Yay Məktəbləri)
Qış və yay məktəbləri kimi intensiv akademik proqramların hazırlanmasını və əlaqələndirilməsinişkil edir; Fənnlərin seçimi, cədvəlin tərtibi və şirkət səfərlərinin təşkili daxil olmaqla, proqramın 

*
bütün mərhələlərini idarə edir; İştirakçıların və təlimçilərin səfər, yerləşmə və kampusdakı dəstəklə bağlı məsələlərini təşkil edir; Proqramın problemsiz icrasını təmin edir.