Sevinc    Əliyeva  Alxan

Sevinc Əliyeva Alxan

“Xarici dillərin tədrisi mərkəzi”nin baş müəllimi

Avesis linki
Bakı şəhəri, İstiqlaliyyət 6 ( I Tədris binası)
+(994) 12 564 26 74
4 yanvar 1969 il tarixində Bakı şəhərində anadan olub.
1987-ci  ildə M.F.Axundov adına  Azərbaycan  Pedagoqi  Rus dili və Ədəbiyyatı institutuna  daxil olub.
1993-cü ildə  həmin institutun rus dili və ədəbiyyatı fakultəsini bitirib.
1998-ci ildə Azərbaycan Dövlət İgtisad İnstitutunun  yenidənhazırlanma fakultəsinə daxil olub, 2000-ci ildə Maliyyə və kredit  ixtisası üzrə bitirib.
1988-ci ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına  laborant vəzifəsinə gəbul edilib.
1989-cu ildə Voznesenski adına LMİİ Bakı filialının 1 şöbəsinə katibə-makinacı vəzifəsinə gəbul edilib.
1990-cı ildə 1-ci şöbənin inspektoru,  “Rus dili” kafedrasının laborantı vəzifələrində işləyib.
1998-ci ildə “Rus dili” kafedrasının böyuk laborantı vəzifəsinə kecirilib.
2000-ci ildə kafedranın müəllimi vəzifəsinə təyin edilib.
UNEC-in “Rus dili” kafedrasının baş müəllimi olub.
Hazırda  UNEC-in “Xarici dillərin tədrisi mərkəzi”nin baş müəllimidir.
Ailəlidir. İki övladı var.