Tələbə hərəkəti şöbəsi təhsilalanların fərdi təhsil prosesinə aid bütün əmrlərin və dəyişikliklərin (köçürülmə, bərpa, akademik məzuniyyət
və s.) rəsmiləşdirilməsini həyata keçirir. Şöbə eyni zamanda tələbə
və məzun məlumatlarının müvafiq dövlət və universitet elektron
sistemlərinə (dts.edu.az; app.tmms.gov.az; portal.edu.az; eservices.dim.gov.az) daxil edilməsinə cavabdehdir. Statistik hesabatların hazırlanması və daxil olan sorğuların cavablandırılması da şöbənin əsas fəaliyyət istiqamətlərindəndir.
Əlaqə: +994 (012) 492-52-45
Bakı, İstiqlaliyyət küç. 6, UNEC-in əsas tədris binası, I mərtəbə
(otaq 106, 107)