Tələbə şöbəsi təhsilalanların şəxsi işlərinin və sənədləşmə proseslərinin idarə olunmasını təmin edir. Burada tələbələrin təhsil müddətində əmrlərinin işlənməsi, diplom və digər təhsil sənədlərinin rəsmiləşdirilməsi, arxivləşdirilməsi, həmçinin dövlət təhsil
sənədlərinin təqdim olunması həyata keçirilir. Şöbə eyni zamanda diplom dublikatlarının hazırlanması və müvafiq məlumatların dövlət sistemlərinə daxil edilməsi işini icra edir.1
Telefon: +994 (012) 492 68 32
Ünvan: Bakı, İstiqlaliyyət küçəsi, 6, UNEC-in əsas korpusu,
I mərtəbə (otaq 106, 107)