UNEC İslam İqtisadiyyatı və Maliyyəsi Tədqiqat Mərkəzi
Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 13 sentyabr 2023-cü il tarixli iclasının 189 №-li Qərarı və UNEC rektorunun 833/3/2023 №-li əmrinə əsasən Meybullayev İslam İqtisadiyyatı Mərkəzi və UNEC İslam Maliyyə Mərkəzinin əsasında yaranmışdır.
UNEC Rektorunun 13.11.2023-cü il tarixli 987/3/2023 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik UNEC “Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti i.f.d. Xanlar Zadə Sərvinaz Məmməd Həsən qızına həvalə edilmişdir.
Mərkəz verilən səlahiyyətlər çərçivəsində islam iqtisadiyyatının öyrənilməsi, biliklərin yayılması və inkişaf etdirilməsi məqsədilə işlərin təşkilini həyata keçirir.
Mərkəz fəaliyyətini mövcud qanunvericiliyə uyğun olaraq dövlət, özəl və xarici müəssisələrlə bağlanmış müqavilələr əsasında həyata keçirir.
Mərkəz öz vəzifələrini və hüquqlarını həyata keçirərkən UNEC-in struktur bölmələri, dövlət orqanları, elm və təhsil qurumları, korporativ sektor və digər təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
– i.e.n. Atakişiyev Ruslan Bahyəddin – UNEC “İqtisadi və texnoloji elmlər” kafedrasının müəllimi; İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri
– Savalanlı Yamin Novruz – TC İstanbul Universitetinin doktorantı; (Sosyal Bilimlər Enstitüsü, İslam İktisadı ve Finansı doktora programı (DR)/Türkcə; İqtisadi Resursların Öyrənilməsi Mərkəzi, ekspert
– i.f.d. Musayev Əfqan Əbülfəz – “Odlar Yurdu” Universiteti, “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının baş müəllimi
– dos. Kamola Bayram – TC Karatay Universitetinin “İslam iqtisadiyyatı və maliyyə” kafedrasının dosenti (Konya/ Türkiyə)