Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzi

center image

HAQQIMIZDA:

UNEC Koqnitiv iqtisadiyyat mərkəzi Azərbaycan Dövlət İqtisad  Universitetinin Elmi Şurasının  24 noyabr 2017-ci il tarixli iclasının  EŞ-155 №-li Qərarı və UNEC rektorunun 1025/3/2017 N-li əmrinə əsasən yaranmışdır.*

UNEC rektorunun 1025/3/2017 N-li  əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik Rus iqtisad məktəbinin direktoru dos. Mənsur İsa oğlu Bərxudarova həvalə edilmişdir.

 

MƏQSƏDİMİZ:

Mərkəzin məqsədi universitetin elmi, tədris və innovasiya potensialını maksimum şəkildə istifadə etməklə koqnitiv iqtisadiyyat sahəsində yeni elmi problemlərin üzə çıxarılması,  fundamental elmi nailiyyətlərin təcrübədə və tədris prosesində, universitetlərarası və beynəlxalq əməkdaşlıq, biznes və hökumət strukturları ilə qarşılıqlı əlaqələr qurmaq vasitəsi ilə tətbiq etməkdir

 

VƏZİFƏLƏRİMİZ:

Mərkəz koqnitiv iqtisadiyyat, davranış iqtisadiyyatı, koqnitiv maliyyə, koqnitiv menecement istiqamətlərində elmi tədqiqat, təhsil, innovasiya, konsaltinq və ekspert fəaliyyəti  ilə məşğul olur və, və aşağıdakı vəzifələri yerinə yetirir:

ÜZVLƏR:

– Hüseynov Samir Ənvər oğlu – Rəhbər müavini, Auburn Universiteti, Agrobizness ve Eksperimental Iqtisadiyyat uzre Assistant Professor

– Zəhra Murad — Portsmouth Universiteti (Birlәşmiş Krallıq) – İqtisadiyyat Fakultәsinin Assistent Professoru

– PhD Zeliha Emel Öztürk — Niderlandın Tilburq Universitetinin dosenti (Tilburq/Niderland)

-PhD (i.f.d.) Davidov Pinças Qod – Azrieli Mühəndislik Kolleci Sənaye Mühəndisliyi və İdarəetmə Departamentinin müəllimi (Yerusalim/İzrail)

 

PROQRAM VƏ LAYİHƏLƏRİMİZ:

  • Koqnitiv iqtisadiyyata giriş üzrə seminarlar silsiləsi

  

HƏDƏFİMİZ:

  • Müasir iqtisadi elmi araşdırmaya, mərkəzin profilinə, universitetin iqtisadi araşdırmasına və ali təhsilinin vəzifələrinin prioritet istiqamətlərinə uyğun olan fundamental elmi və tətbiqi tədqiqatların həyata keçirilməsi
  • Koqnitiv iqtisadiyyatın elmi məktəbinin formalaşması və inkişafı
  • Mərkəzin profili üzrə bakalavr, magistr, doktor dərəcələrində təhsil alan tələbələrin və tərcübəcilərin elmi  tədqiqatlara cəlb olunması
  • Mərkəzin profilinə uyğun olan bakalavr və magistr səviyyələrində tədris planlarının hazırlanması
  • Müəllim və elmi işçilər də daxil olmaqla bu sahədə mütəxəssislərin hazırlığı və olan mütəxəssislərin ixtisaslarının artırılması
  • Tədris olunan fənlərin metodiki təminatı
  • Mərkəzin fəaliyyəti çərçivəsində nəzərdə tutulmuş elmi – tədqiqat təcrübəsinin öyrənilməsi üçün lazımı şəraitin yaradılması.