Şöbənin vəzifələri
Şöbə elmi-tədqiqat fəaliyyətinin planlı, sistemli və səmərəli şəkildə həyata keçirilməsini təmin edir. Şöbə elmi-tədqiqat işləri üzrə təsdiq olunmuş planların müəyyən edilmiş müddətlərdə və tələb olunan səviyyədə yerinə yetirilməsinə nəzarət edir, sosial inkişaf problemləri üzrə respublikada digər təşkilatlar tərəfindən aparılan elmi-tədqiqat işlərinin əlaqələndirilməsində iştirak edir.
Fəaliyyət istiqamətləri
Şöbə biliklərə əsaslanan iqtisadiyyata keçid istiqamətində mövcud problemlərin elmi əsaslarla araşdırılmasını, bilik iqtisadiyyatı və insan kapitalı sahələrində elmi-tədqiqat işlərinin aparılmasını, elmi-texniki inkişaf sahəsində mövcud problemlərin tədqiqini, elmi-texniki siyasətin prioritetlərinin nəzəri və praktik aspektlərdən öyrənilməsini, sosial-iqtisadi inkişafda elmi-texniki problemlərin nəzəri əsaslarla araşdırılması və həll imkanlarının qiymətləndirilməsini, həmçinin elm, təhsil və texnologiya sahələrində qlobal inkişaf meyllərinin təhlilini əhatə edir.
Əsasnamə