Bilik İqtisadiyyatı Şöbəsi

Ümumi müddəalar
1. Şöbə Universitet nəzdində İAETİ-nun struktur bölməsidir və UNEC-in rektoruna və İnstitutun rəhbərliyinə tabedir.
2. Şöbə, öz fəaliyyətində AR-nın qanunvericilik və normativ sənədlərini, Universitetin daxili qaydalarını, rəhbərliyin əmr və 


sərən­cam­larını və Elmi Şuranın qərarlarını rəhbər tutaraq instit
utun iş planları və rəh­bər­li­yin tapşırıqları əsasında həyata keçirir.
3. Şöbə öz fəaliyyəti haqqında Universitetin və İnstitutun rəhbərliyi qarşı­sın­da hesabatlıdır.

Şöbənin vəzifələri
Şöbənin vəzifələrinə aşağıdakılar aiddir:
● Elmi-Tədqiqat işləri üzrə təsdiq olunmuş planın vaxtında və tələb olunan səviyyədə yerinə yetirilməsi.
● Sosial inkişaf problemləri ilə bağlı respublikada digər təşkilatlar tərəfindən aparılan elmi-tədqiqat işlərinin əlaqələndirilməsi.


● Şöbənin elmi fəaliyyətinin nəticələri hesabat, məruzə, arayış formasında ümumiləşdirilərək, universitetin və institutun rəhbərliyinə təqdim olunur.
● Şöbə öz fəaliyyəti barəsində institutun rəhbərliyinə hər kvartalın sonunda hesabat verir və növbəti il üzrə iş planını təqdim edir.

Şöbənin fəaliyyət istiqamətləri
● biliklərə əsaslanan iqtisadiyyata keçid istiqamətində problemlərin araşdırılması;
● bilik iqtisadiyyatı, insan kapitalı sahəsində elmi tədqiqatların aparılması;
● elmi-texniki inkişaf sahəsində problemlərinin araşdırılması;


● elmi-texniki siyasətin prioritetlərinin nəzəri və praktiki tədqiqi;
● sosial-iqtisadi inkişafda elmi-texniki problemlərin nəzəri cəhətdən əsaslandırılması, onların həlli im­kan­larının araşdırılması;
● elm, təhsil və texnologiya sferalarında qlobal inkişaf meyllərinin araşdırılması.

Ünvan: Bakı, İstiqlaliyyət küçəsi, 6 (I Tədris korpus)
Telefon: +(994) 12 492-78-70; 18-46 (daxili: 1117)

Tərəfdaşlar