Makroiqtisadi Tədqiqatlar Şöbəsi

Makroiqtisadi Tədqiqatlar Şöbəsinin məqsədi ölkədə makroiqtisadi inkişafı və siyasəti elmi-tədqiqat fəaliyyəti vasitəsilə qiymətləndirmək və davamlı sosial-iqtisadi sabitliyi təmin etməkdir.

Şöbənin vəzifələri
Şöbə elmi-tədqiqat işlərinin təsdiq olunmuş plana uyğun vaxtında və tələb olunan səviyyədə yerinə yetirilməsini təmin edir. Makroiqtisadi problemlərlə bağlı aparılan tədqiqatları respublikadakı digər təşkilatlarla əlaqələndirir. Həmçinin, şöbənin elmi fəaliyyətinin nəticələri hesabat, məruzə və arayış formasında ümumiləşdirilərək universitetin və institutun rəhbərliyinə təqdim olunur.

Fəaliyyət istiqamətləri
Şöbə makroiqtisadi siyasət sahəsində elmi-tədqiqat işləri aparır, makroiqtisadi inkişaf və siyasətin müasir problemlərini araşdırır və makroiqtisadi proseslərin təhlili üçün informasiya bazasını formalaşdırır. Fəaliyyət istiqamətlərinə makroiqtisadi problemlərin elmi-nəzəri əsaslarla araşdırılması, onların həlli imkanlarının qiymətləndirilməsi, iqtisadi inkişafın makroiqtisadi əsaslarının qiymətləndirilməsi və optimal sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində tədqiqatların aparılması, həmçinin makroiqtisadi idarəetmə və makroiqtisadi təhlükəsizlik məsələlərinin tədqiqi daxildir.

 Əsasnamə