Makroiqtisadi Tədqiqatlar Şöbəsi

Ümumi müddəalar
1. Şöbə UNEC nəzdində İAElTİ-nun struktur bölməsidir və Universitetin rektoruna və İnstitutun rəhbərliyinə tabedir.
2. Şöbə öz fəaliyyətində AR-nın qanunvericilik və normativ sənədlərini, UNEC-in daxili qaydalarını, rəhbərliyin əmr və sərən­camlarını, EŞ-nın qərarlarını rəhbər tutaraq, institutun iş planları və rəhbərli­yin tapşırıqları əsasında həyata keçirir.

3. Şöbə öz fəaliyyəti haqqında Universitetin və İnstitutun rəhbərliyi qarşısın­da hesabatlıdır.

Şöbənin vəzifələri
● Elmi-Tədqiqat işləri üzrə təsdiq olunmuş planın vaxtında və tələb olunan səviyyədə yerinə yetirilməsi;
● Makroiqtisadi problemlər ilə bağlı respublikada digər təşkilatlar tərəfindən aparılan elmi-tədqiqat işlərinin əlaqələndirilməsi;


● 
Şöbənin elmi fəaliyyətinin nəticələri hesabat, məruzə, arayış formasında ümumiləşdirilərək, universitetin və institutun rəhbərliyinə təqdim olunması.

Şöbə öz fəaliyyəti barəsində institutun rəhbərliyinə hər kvartalın sonunda hesabat verir və növbəti il üzrə iş planını təqdim edir. 


Şöbənin fəaliyyət istiqamətləri
Şöbənin fəaliyyət istiqamətlərinə aşağıdakılar aiddir:
makroiqtisadi siyasət sferasında elmi tədqiqatların aparılması;
● makroiqtisadi inkişaf və makroiqtisadi siyasətin müasir problemlərinin araşdırılması;


● 
makroiqtisadi proseslərin təhlili sahəsində informasiya bazasının formalaş­dırılması;
● makroiqtisadi problemlərin elmi-nəzəri cəhətdən əsaslandırılması, onların həlli imkanlarının araşdırılması və aradan qaldırılması istiqamətlərinin işlənməsi;

● ölkənin iqtisadi vəziyyətinin təhlili əsasında makroiqtisadi siyasətin və proq­nozların, fiskal, monetar və qiymət sahəsində dövlət siyasətinin, ölkənin iqtisadi təhlükəsizliyi və davamlı inkişafı, iqtisadi maraqlarının qorunması sahəsində təd­birlərin hazırlanmasında və iqtisadi artımın təmin olunması istiqamətində tədqiqat­ların aparılmasında iştirak etməsi;

● iqtisadi inkişafın makroiqtisadi əsaslarının qiymətləndirilməsi, optimal sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində tədqiqatların aparılması;
● makroiqtisadi idarəetmə və makroiqtisadi təhlükəsizlik problemlərinin tədqi­qi;