Quba tədris, idman və istirahət mərkəzi

1969-cu  ildə əsası qoyulmuş Azərbaycan Dövlət  İqtisad Universitetinin Tədris, İdman  və İstirahət Mərkəzi Quba  rayonunun  II  Nügədi  kəndində yerləşir.

Quba rayonunun İkinci Nügədi kəndində 6 hektardan artıq ərazidə Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris, İdman və  İstirahət Mərkəzi inşa edilmişdir. Mərkəz universitetin 20 minlik kollektivinin istirahətinin təşkili və sağlamlığının möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur. Mərkəzdə tələbələrin yay və qış məktəblərinin, müxtəlif idman yarışlarının və yay düşərgələrinin təşkili üçün bütün şərait yaradılmışdır. Burada tikilən 78 otaqdan ibarət üçmərtəbəli otel binasında, eyni zamanda, 150 nəfərin yerləşməsinə imkan vardır. Oteldə həm müəllimlərin, həm də tələbələrin istirahətinin təşkili məqsədi ilə bütün meyarlar nəzərə alınmışdır. Mərkəzin 350 tələbə yeri olan və müasir infrastrukturu ilə diqqət çəkən yay məktəbi də yüksək səviyyədə qurulmuşdur. Buradakı auditoriyaların hamısı zəruri avadanlıqla təchiz olunmuşdur. Eyni şərait 100 nəfərlik müasir yeməkxanada da mövcuddur. Müxtəlif tədbirlərin keçirilməsi üçün 205 nəfərlik akt zalında da bütün imkanlar vardır.

200 nəfərlik iclas zalı
205 nəfərlik akt zalı
78 otaqlı üçmərtəbəli otel
7 auditoriya
100 nəfərlik yeməkxana
960 tamaşaçılıq voleybol zalı

اتصل بنا

Quba, Nüqədi kəndi

الهاتف

+994 12 492 59 03

البريد الإلكتروني

[email protected]

فروع أخرى