İctimai-sosial fəaliyyət
“İqtisadiyyat” kafedrasının professor-müəllim heyəti ictimai-sosial fəaliyyətinin müxtəlif istiqamətlərini uğurla həyata keçirərək, abiturientlərin UNECə cəlb edilməsi məqsədilə, orta məktəblərdə və kolleclərdə hər il təşviqat işləri aparır; milli televiziya kanallarında, KİV mütəmadi olaraq dünya və milli iqtisadiyyatın müxtəlif sahələrinin mövcud problemləri və nailiyyətləri ilə bağlı maraqlı müsahibələrlə çıxış edir.
“İqtisadiyyat” kafedrasında tələbələrin auditoriyadan kənar vaxtlarının səmərəli istifadə edilməsi, onların vətənpərvərlik ruhunda tərbiyyələndirilməsi, sosial məsuliyyətliliklərinin artırılması, həmçinin təhsil prosesində qarşılaşacaqları çətinliklərin aradan qaldırılması, gələcək karyera istiqamətlərinin düzgün seçilməsi və s. məqsədi ilə 12 müəllim mentorluq fəaliyyətini həyata keçirir. Kafedranın mentorları tələbələrlə birgə “Özgə uşaq olmur“ layihəsi çərçivəsində mütamadi olaraq “Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində” xeyriyyəçilik aksiyalarla iştirak edir.
Tələbə elmi dərnəklərinin işi hər zaman kafedra rəhbərliyinin diqqəti mərkəzindədir: kafedra müəllimlərinin iştirakı ilə, Rus İqtisad Məktəbinin tələbələrinin maraq və tələbatlarını nəzərə alaraq, müxtəlif ixtisaslar üzrə 10 tələbə elmi dərnəyi fəaliyyət göstərir.
“UNEC-100” İnkişaf Strategiyasının müddəalarına uyğun olaraq “İqtisadiyyat“ kafedrasının Strateji inkişaf planının əsas istiqamətləri aşağıdakılardır:
Tədris və təlim(1.2; 1.3; 1.5; 1.6; 2.1 Strateji məqsədlər üzrə)
- İxtisas fənnləri üzrə müasir tələblərə və yeni trendlərə cavab verən (xüsusilə distant təhsil prosesində) yenilənmiş sillabusların hazırlanması, mühazirə materialların, elektron dərsliklərin praktiki yönümlülüyinin artırılması;
- Kafedrada professor – müəllim heyətinin gəncləşdirilməsi, gənc müəllimlərin diqqətini distant təhsilə cəlb etməklə, onların innovativ, kreativ düşüncələrini bu sahədə yaranan çətinliklərin həllinə yönəldilməsi;
- Rəqamsal iqtisadiyyatı və postpandemiya şəraitində beynəlxalq və yerli əmək bazarlarının tələblərinə cavab verən yeni ixtisasların açılması üçün təkliflərin hazırlanması;
- Aparıcı xarici universitetlərdən məzun olan gənclərin, o cümlədən orada çalışan azərbaycanlı mütəxəssislərin kafedraya cəlb edilməsi; professor – müəllim heyətinin tərkibində xarici mütəxəssislərin, o cümlədən, “qonaq professor” və “qonaq dosent”lərin xüsusi çəkisinin artırılması;
- Kafedra müəllimləri arasında müasir tədris texnologiyalardan, ən qabaqcıl elmi nailiyyətlərdən və innovativ təlim metodlardan istifadənin kütləviləşdirilməsi və bunlardan yararlanaraq, daha çevik və rəqabətqabiliyyətli yeni nəsil mütəxəssislərin yetişdirilməsi;
- Dərslərin formatını və keyfiyyətini Avropa və dünya standartlarına uyğunlaşdırılması;
- Azərbaycanda və postsovet respublikaları məkanında rus dilində təhsil verən ali təhsil müəssisələri arasında keyfiyyətli təhsil və tələbələrin sayına görə rəqabət üstünlüklərinə malik olmaq (liderliyi əldə etmək)
Elmi fəaliyyət (2.1;2.2; 2.3; 2.4 Strateji məqsədlər üzrə)
- Milli, regional və beynəlxalq səviyyələrdə reallaşdırılan elmi-tədqiqat və innovasiya lahihələrində iştirak etmənin sistemləşdirilməsi və gənc müəllimlərin bu tədqiqatlara geniş cəlb edilməsi; yerli və əcnəbi professor-müəllim heyətinin iştirakı ilə qrant əsaslı elmi-tədqiqat proqramlarının həyata keçirilməsi;
- Kafedra əməkdaşlarının elmi tədqiqatların nəticələrinin dövlət təşkilatları və müəssisələri, biznes strukturlarının fəaliyyətində tətbiqinin və belə tədqiqatlara tələbatın artmasının təmin edilməsi (UNEC tərəfindən bağlanan müqavilə üzrə)
- Kafedranın professor-müəllim heyətinin elmi-tədqiqat fəallığının gücləndirilməsi və akademik reytinlərinin yüksəldilməsi üçün Web of Science, Scopus və РИНЦ elmi platformalarına daxil olan ən nüfuzlu nəşrlərdə elmi məqalələrin və onlara istinadların sayının maksimum artırılması; tələbələri və doktorantları bu işə aktiv cəlb edilməsi;
- Kafedrada “tədqiqatçı-professor”, “tədqiqatçı-dosent, “tədqiqatçı-müəllim”lərin sayının artırılması.
- İctimai, sosial və özünüinkişaf etdirmək istiqamətləri (1.1; 1.6;4.; 4.4 Strateji məqsədlər üzrə)
- Kafedra əməkdaşlarının ixtisas səviyyələrinin sistemli və kompleks şəkilində davamlı artırılması, onların keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsi;
- Beynəlxalq mübadilə proqramlarında “İqtisadiyyat“ kafedrasının daha çox müəllimlərinin cəlb edilməsi;
- Abiturientlərin UNECə cəlb edilməsi məqsədilə peşə orientasiyalı proqramların işlənib hazırlanması və bununla əlaqədar olaraq orta məktəblərdə və kolleclərdə təşviqat işlərinin gücləndirilməsi;
- Kafedra müəllimlərinin UNEC-in sosial məsuliyyətlilik layihələrinin reallaşdırmasında aktiv iştirakının təmin edilməsi, o cümlədən tələbələrin sosial şəraitinin yaxşılaşdırılmasına, onların arasında vətənpərvərlik, multimədəniyyət dəyərlərinin geniş təbliğinə dair;
- Dövlət və özəl sektorların təmsilçiləri ilə əməkdaşlığın daha da genişləndirilməsi;
- “İqtisadiyyat” kafedrasının məzunları ilə elektron resurslar vasitəsilə əlaqələrin yaradılması və inkişaf etdirilməsi.