Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyası Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 21 may 2018-ci il tarixli iclasının 159 №-li Qərarı və UNEC rektorunun 1005/3/2018 №-li əmrinə əsasən yaranmışdır. Laboratoriya LİTM nəzdində fəaliyyət göstərir.
TƏYİNATI. Heyvan və bitki mənşəli qida məhsulların orqanoleptik göstəriciləri, onların fiziki-kimyəvi xassələrinin xarakterizə olunması. Heyvanat və bitki mənşəli məhsullarda titirlənən və aktiv turşuluğun (Ph metr) təyini. Kimyəvi reakitivlərlə (Biuret, Fellinq, Millon) zülal yağ, karbohdrat və vitaminlərin təyini. içkilərin Areometr üsulu ilə sıxlığının və şəkərin miqdarının təyini. Hazır məhsulların soyudulma texnologiyası və onların müvafiq qaydada qablaşdırılması və saxlanılması. Məhsullarin nəmliyi və mikrobioloji analizlərini təyini ilə təhlükəsizliyin təminatı üzrə təlim və elmi-tədqiqatların aparılması. (Təlim, tədris və tədqiqat)