və Elmi şuranın qərarlarını rəhbər tutaraq, institutun iş planları və rəhbərliyin
tapşırıqları əsasında həyata keçirir.
3. Şöbə öz fəaliyyəti ilə əlaqədar Universitetin və İnstitutun rəhbərliyi
qarşısında hesabatlıdır.
Şöbənin vəzifələri
● Elmi-tədqiqat işləri üzrə təsdiq olunmuş planın vaxtında və
tələb olunan səviyyədə yerinə yetirilməsi;
● İqtisadiyyatın qeyri-neft sahələrinin inkişaf problemlərinin
iqtisadi və sosioloji istiqamətləri ilə bağlı Respublikada
digər təşkilatlar tərəfindən iqtisadi sosiologiya və əlaqəli sahələrdə aparılan elmi-tədqiqat işlərinin əlaqələndirilməsi;
● Beynəlxalq, respublika və regional sosial-iqtisadi, elmi-texnoloji və digər problemlərin həllinin layihələndirilməsi, müayinə və qiymətləndirmə sahələrində məsləhətçi xidmətlərinin təqdim edilməsi.
Şöbənin fəaliyyət istiqamətləri
Şöbənin aşağıdakı fəaliyyət istiqamətləri vardır:
● qeyri-neft sektorunun aparıcı sahələri kimi, aqrar sahə, infrastruktur, sosial iqtisadiyyat, bilik-infomasiya iqtisadiyyatı və
digər sahələrin inkişafı problemləri istiqamətlərində, o cümlədən insan potensialı, sosial və intellektual kapital sahələrində
elmi tədqiqatların aparılması;
● insan kapitalının formalaşması və transformasiyası istiqamətində iqtisadi və sosial siyasətin müasir problemlərinin araşdırılması;
● elmi-texnoloji və təlim-təhsil proseslərinin təhlili sahəsində normativ-məlumat və statistik informasiya bazasının formalaşdırılması;
● maddi və qeyri-maddi sərvətin yaranması problemlərinin elmi-nəzəri cəhətdən əsaslandırılması, onların həlli imkanlarının araşdırılması və effektiv tədbirlər istiqamətlərinin işlənməsi;
● əhalinin intellektual kapital daşıyıcısı qruplarının sosial-iqtisadi davranış modellərinin layihələndirilməsi və proqnostik qiymətləndirmələrin aparılması;
● qloballaşma və postpandemiya şəraitində milli iqtisadi inkişafın sosioloji və sosial-psixoloji əsaslarının qiymətləndirilməsi,...
kapitalının qloballaşmasının səmərəli inkişaf modelinin təmin edilməsi istiqamətində tədqiqatların aparılması;
● qeyri-neft sektoru üzrə milli statistik sistemin, MHS-nin inkişafı və təkmilləşməsi istiqamətində innovativ xarakterli satellit hesablar modellərinin layihələndirilməsi, böyük datalar, süni intellekt, bulud texnologiyalarının tədqiqatlarda istifadəsinin təmin edilməsi.
...