Qeyri-Neft Sektorunun İnkişafı Şöbəsi

Qeyri-Neft Sektorunun İnkişafı Şöbəsinin məqsədi ölkədə qeyri-neft sektorunun aparıcı sahələrinin inkişafını elmi-tədqiqat fəaliyyəti vasitəsilə dəstəkləməkdir.

Şöbənin vəzifələri
Şöbə elmi-tədqiqat işlərinin planlı və səmərəli icrasını təmin edir, təsdiq olunmuş planların vaxtında yerinə yetirilməsinə nəzarət edir və qeyri-neft sektorunun inkişaf problemləri üzrə aparılan tədqiqatları əlaqələndirir. Eyni zamanda, beynəlxalq və milli səviyyədə sosial-iqtisadi və elmi-texnoloji layihələndirmə, qiymətləndirmə və məsləhətçi xidmətlərini təqdim edir.

Fəaliyyət istiqamətləri
Şöbə qeyri-neft sektorunun aparıcı sahələri — aqrar sahə, infrastruktur, sosial iqtisadiyyat, bilik-informasiya iqtisadiyyatı və insan kapitalı üzrə elmi-tədqiqat işləri aparır. Fəaliyyət istiqamətlərinə elmi-texnoloji və təlim-təhsil proseslərinin təhlili, sərvətin yaranması problemlərinin araşdırılması, əhalinin intellektual kapital davranış modellərinin layihələndirilməsi və qloballaşma şəraitində milli iqtisadi inkişafın sosial-iqtisadi əsaslarının qiymətləndirilməsi daxildir.
  Əsasnamə