Strateji inkişaf şöbəsi

Şöbənin əsas məqsədi qurumun inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, beynəlxalq əməkdaşlıqların gücləndirilməsi və qlobal trendlərlə uyğun strateji planlaşdırmanın həyata keçirilməsidir.

Şöbənin məqsədi
Strateji İnkişaf Şöbəsinin məqsədi, departamentin və bütövlükdə qurumun uzunmüddətli inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, idarəetmə proseslərinin optimallaşdırılması, beynəlxalq əməkdaşlıqların gücləndirilməsi və qlobal trendlərlə uyğun

*
strateji planlaşdırmanın həyata keçirilməsidir.
Şöbə sosioloji və analitik yanaşmaları tətbiq etməklə təşkilati dayanıqlılığın, innovativ idarəetmə mexanizmlərinin və rəqabət üstünlüyünün təmin edilməsinə xidmət edir.

Şöbənin əsas vəzifələri

1. Qurumun strateji inkişaf konsepsiyasının işlənib hazırlanması və həyata keçirilməsi
2. Beynəlxalq əməkdaşlıq istiqamətlərinin institusional inkişaf strategiyasına uyğunlaşdırılması
3. Universitetin / qurumun qlobal təhsil, elm və innovasiya
məkanında mövqeyinin gücləndirilməsi
4. Reytinq göstəricilərinin təhlili və beynəlxalq reytinqlərdə
mövqenin yüksəldilməsi üçün tədbirlərin təşkili

*
5. Sosial-siyasi və iqtisadi tendensiyaların strateji idarəetmədə nəzərə alınması

6. İnnovativ idarəetmə modellərinin tətbiqi və təşkilati davamlılığın təmin edilməsi
7. Strateji planların icra effektivliyinin monitorinqi və qiymətləndirilməsi və s.

Şöbənin funksiyaları

Strateji inkişaf sahəsində araşdırmaların aparılması, təhlillərin hazırlanması
Qurumun fəaliyyət istiqamətləri üzrə qısa, orta və uzunmüddətli strategiyaların hazırlanması
Beynəlxalq layihələrin və əməkdaşlıqların strateji məqsədlərə uyğunluğunun təmin edilməsi

 

*
Dünyada ali təhsil və idarəetmə üzrə müasir trendlərin izlənməsi və uyğun mexanizmlərin tətbiqi
Reytinq agentlikləri ilə əlaqələrin qurulması, statistik və analitik məlumatların toplanması
Təşkilati strukturların effektivliyinin artırılması üzrə təkliflərin hazırlanması və s.