UNEC-də “Yeni elmi jurnalların təsis edilməsi və beynəlxalq bazalarda indekslənməsi qaydaları”mövzusunda təlim keçirilib

  • 02 мая 2025
  • 7

UNEC-də Elmi Fəaliyyətin Təşkili Və İdarə  Edilməsi Departamentinin (EFTİDD) təşkilatçılığı ilə “Yeni elmi jurnalların təsis edilməsi və beynəlxalq bazalarda indekslənməsi qaydaları”mövzusunda genişmiqyaslı elmi-metodoloji təlim keçirilib.

Təlimin əsas məqsədi UNEC-də yeni təsis ediləcək elmi jurnalların beynəlxalq akademik standartlara uyğun şəkildə formalaşdırılması, davamlı inkişafının təmin olunması və qlobal elmi bazalarda tanınması istiqamətində zəruri biliklərin paylaşılması olub.

Tədbirdə  Open Journal Systems (OJS) Açıq Jurnal Platformasının yaradılması və texniki təminatı, eləcə də elmi məqalələrin sistemə yerləşdirilməsindən tutmuş oxucuya çatdırılması mərhələlərinədək bütün “researchers flow” iştirakçılara izah edilib. Jurnalların beynəlxalq səviyyədə görünürlüğünün artırılması məqsədilə Search Engine Optimization (SEO) siyasətinin tətbiqi, Google Scholar, DOAJ (Directory of Open Access Journals), COPE (Committee on Publication Ethics), OpenAIRE, Creative Commons və ROR.org (Research Organization Registry) kimi qlobal elmi infrastrukturlar üzrə qeydiyyat və lisenziyalaşdırma qaydaları da ətraflı şəkildə təqdim olunub.

Təlimin növbəti mərhələsində isə Google Scholar, DOAJ, Scopus kimi nüfuzlu elmi bazalarda indeksasiya üçün tələb olunan siyasət və redaksiya standartları iştirakçılara təqdim edilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və yeni elmi jurnalların uğurlu təşkili üçün praktiki tövsiyələr verilib.